ArxivXəbər lentiXəbərlər

Qroznıda kilsəyə hücum: Ölənlər var

Dörd döyüşçü Qroznının mərkəzində Arxanqel Mixail kilsəsində ibadət edənləri ələ keçirməyə cəhd edib.
qafqaz.ir-in RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib:
“Xüsusi əməliyyat zamanı döyüşçülər məhv edilib. Bir polis əməkdaşı aldığı güllə yarasından həlak olub. Kilsədəki adamlardan biri də yaralanıb. Əldə olunmuş məlumata əsasən, döyüşçülər Qərb ölkələrindən birindən əmr alıb”.
Döyüşçülərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan  ikisi Geldagan kəndinin sakinləri, biri Grozni yaxınlığında yerləşən Argün kəndindəndir. Çeçen Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, qrupun lideri qonşu regionlardan birinin sakinidir.
Bu haqda Kadırov öz Telegram kaalında yazıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button