ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Türkiyənin yanğın bölgələrində «faciə durumu» elan olunub

Türkiyə meşələrindəki geniş yanğınlardan sonra bu ölkənin prezidenti hadisənin baş verdiyi bölgələrdə «faciə bölgəsi durumu» elan edib.

«Biz yanğına məruz qalmış bölgələri faciə bölgələri adlandırmışıq. Şəraiti keçmişdəkinə nisbətən yaxşılaşdırmaq üçün hər bir işin görülməsi, kompensasiyanın ödənilməsi və xalqımızın yaralarının sağalması üçün bütün lazımi tədbirləri görməyi davam etdirəcəyik»-deyə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bir tvittdə yazıb.

Türkiyədə meşə yanğını ötən həftə Antaliya bölgəsindən başlandı və hazırda sürətlə bu ölkənin cənub bölgələrində yayılmaqdadır. Yanğınlar indiyədək azı dörd nəfərin həyatını əlindən alıb və əhalinin bütün sahilboyu bölgələrdən boşaldılmasına bais olubdur.

Türkiyə rəsmilərinin sözlərinə görə, kəskin küləklər və şiddətli hərarət dalğası arasında güclənən bu yanğınlar azı əlli nəfərin xəstəxanaya yatırılması ilə nəticələnib.

Eyni zamanda, Türkiyə hökuməti yanğının səbəbləri və onun qəsdən törədilməsi ehtimalı barədə təhqiqatlara başlayıbdır.

Türkiyə prezidentinin öncəki bəyanatlarına əsasən, bu ölkənin cənubunda azı yetmiş halda yanğın baş veribdir ki, onların on dörd halı bu günədək davam edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button