AktualAktualIslamXəbər lentiXəbərlər

İslam Partiyası sədrinin cəza yeri dəyişdirildi

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun cəza yeri dəyişdirilib.

 
Vəkil Anar Qasımlı sentyabrın 19-da “Media forum” saytına deyib ki, dustaq Penitensiar xidmətin 11 saylı müəssisəsindən 12 saylı müəssisəsinə köçürülüb: “Xəbəri bu gün almışam. Mənə verilən məlumata görə, dünən köçürülüb. Amma köçürülməsinin səbəbi haqqında heç nə deməyiblər”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button