ArxivXəbər lentiXəbərlər

İranın rabitə və texnologiyalar naziri Azərbaycana səfər edəcək

İran İslam Respublikasının rabitə və texnologiyalar naziri Mahmud Vaizinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 4-də Bakıya səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri olan M.Vaizi Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, eləcə də bir sıra yüksək vəzifəli şəxslərlə görüşəcək.Möhsün Pak Ayin qeyd edib ki, Ə. Abbasovun iyulun əvvəlində Tehrana səfəri zamanı müzakirə olunan bütün mühüm məsələlər birgə komissiyanın Bakıdakı iclası zamanı gündəmdə olacaq, ikitərəfli əməkdaşlığın rabitə və informasiya texnologiyaları sahəsində inkişafına xüsusi diqqət yetiriləcək: “Birgə əməkdaşlığımız üçün əhəmiyyət daşıyan digər məsələlər də müzakirə mövzusu ola bilər. Müəyyən sazişlərin imzalanması da gözləniləndir”.Diplomat bildirib ki, İran nümayəndə heyətinin Bakıya səfəri 3 gün davam edəcək.

Səfir həmdə qeyd edib ki: 

 

“35 İran vətəndaşının ölkəmizə təhvil verilməsi barədə razılığa gəlmişik”
“Yaxın günlərdə İran və Azərbaycan arasında məhbusların qarşılıqlı təhvil verilməsi gözlənilir”.

İran səfirliyi ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında gedən danışıqlarda yaxın günlər üçün təhvil verilməsi gerçəkləşəcək məhbusların siyahısı dəqiqləşib: “Azərbaycanın cəzaçəkmə müəssisələrində olan 35 İran vətəndaşının ölkəmizə təhvil verilməsi barədə razılığa gəlmişik. Yaxın günlərdə bu məsələ öz həllini tapacaq. Eyni zamanda, İrandakı cəzaçəkmə müəssisələrindən 12 Azərbaycan vətəndaşının təhvil verilməsi barədə danışıqlar gedir. Bu istiqamətdə intensiv işlər aparırıq və davamlı olaraq Azərbaycan hökuməti ilə əlaqə saxlayarıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button