ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyədəki zəlzələnin dalğaları Azərbaycana çatdı

İstanbulda zəlzələ olacağı barədə məlumatlardan sonra Türkiyənin zəlzələ olmayan ərazilərindən də Bakıya gəlirlər.
Bu da Bakıda kirayə bazarında qiymətlərin bahalaşmasına səbəb olub.
Sputnik Azərbaycan bu barədə bir araşdırma dərc edib. Xəbər Agentliyi kirayənişinlərə istinadla bildirir ki, 15 gün öncə paytaxtın Yasamal rayonu ərazisində 450 manata təklif edilən mənzillərin qiyməti 700 olub. 500 manatlıq mənzillər isə 800-900 manata qalxıb.
Araşdırmada deyilir ki,ev alqı-satqısı, eləcə də kirayəsi ilə məşğul olan vasitəçilər bunu Türkiyədən Azərbaycana axınla əlaqədar olduğunu bildiriblər.
“Türkiyədə zəlzələdən sonra Bakıya türk vətəndaşlarının axını artıb. Bu da paytaxtda evlərin qiymətinin kəskin bahalaşmasına səbəb olub” deyə müsahiblərdən biri bildirib.
Sputnik, paytaxtın Yasamal rayonu ərazisində ev alqı-satqısı, eləcə də kirayəsi ilə məşğul olan vasitəçilərə istinadla yazır ki, Yasamal rayonu ərazisində söküntü işləri aparıldığından köhnə binalarda kirayə ev tapmaq hazırda müşküldür. Yeni binalarda isə Türkiyədən son on gündə kütləvi axın kirayə qiymətlərin bahalaşmasına səbəb olub.
Uzun illərdir ki, Yasamal rayonu ərazisində ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Arzuman Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə zəlzələdən sonra Azərbaycana bu ölkədən çoxlu sayda insan gəlib. Onların mütləq əksəriyyəti paytaxtın mərkəzi rayonlarında müvəqqəti yaşamağa ev axtarırlar. Buna görə qiymətlər də bahalaşıb”.
Nərimanov rayonunda “makler” işləyən Toğrul Həsənov da son günlər kirayə mənzillərlə ən çox türk vətəndaşlarının maraqlandığını söyləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda kirayə mənzillərin qiyməti 10-200 manat civarında bahalaşıb.
Türkiyədə zəlzələ baş verən vaxtdan 10 gün ərzində bu ölkədən Azərbaycana 8897 nəfər gəlib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətindən bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button