ArxivXəbər lentiXəbərlər

Yerevanda silahlılar polis binasını ələ keçird: ölən və yaralananlar var

Ermənistan Milli Təhlükəsizlik Xidməti polis post-patrul xidmətinin alayına hücum edildiyini təsdiq edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Xidmətin yaydığı bəyanatda deyilir: “Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bildirilir ki, hazırda silahlı şəxslərlə təslim olmaları üçün danışıqlar aparılır: “İstənilən qanunazidd hərəkətlərin qarşısı alınacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq.”

*   *   *11:40

Bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button