ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyədə İran kapitallı şirkətlərin sayı artmaqda davam edir

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə İran kapitalı ilə 874 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 356 şirkət çoxdur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 329 milyon 903 min 942 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 105 milyon 705 min 225 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında İran şirkətlərinin əksəriyyəti İstanbulda (758) qeydiyyata alınıb.

 

 

“İstanbulda qeydiyatdan keçən İran şirkətlərinin ümumu kapitalı 238 milyon 58 min 842 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə İran kapitalı ilə 297 topdan və pərakəndə, 35 inşaat və 77 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button