ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Deputat Aqil Abbas: “Hətta ermənilər, ruslar belə Məhərrəm ayına hörmətlə yanaşırdı, toylar keçirilmirdi”

Millət vəkili Aqil Abbas Məhərrəm ayında toy mərasimlərinin keçirilməsinə münasibət bildirib.

Qafqaz.ir  “Meydan TV”yə istinadən xəbər verir ki, o, əvvəlki zamanlarda Azərbaycanda yaşayan ermənilərin, rusların, digər xalqın nümayəndələrinin belə Məhərrəm ayına hörmətlə yanaşdığını, toyların keçirilmədiyini xatırladıb və bu günlərdə toy məclisi keçirilənləri tənqid edib:

“Toyları kim edirsə, Allah onlara insaf versin. Bəlkə də insanlar pandemiya şəraitinə görə məcbur olub toy edirlər, içlərində qorxu yaranıb ki, yenidən karantin olacaq. Lakin belə qorxuları varsa gedib kəbin kəsdirsinlər, evlərində 5-10 nəfərlə qeyd etsinlər. Guya bu günə kimi karantin zamanı evlənən olmayıb? Olub 5-10 nəfər yığışıblar toy ediblər. Heç bir problem olmayıb. 20 Yanvarda, 26 Fevralda toy keçirilirmi? Xeyr. O cümlədən İmam Hüseyn şəhidliyində, Məhərrəmlikdə toy etmək doğru deyil. Kim edirsə, Allah xoşbəxt eləsin. Mən bu anlayışı qəbul etmirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button