ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Türkiyə və İran prezidentləri Azərbaycan-Ermənistan sərhədində baş verən prosesləri müzakirə ediblər

İran prezidenti Seyid İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçirdikləri görüşdə Azərbaycan-Ermənistan sərhədində baş verən son hərbi qarşıdurma haqda fikir mübadiləsi aparıblar.
Qafqaz.ir   xəbər verir ki, iki dövlət başçısı Səmərqənd görüşündə qarşılıqlı əlaqələr və əldə edilmiş razılaşmalarla yanaşı bir sıra regional məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən son hərbi qarşıdurma haqda fikir mübadiləsi aparıblar.
İbrahim Rəisi İran İslam Respublikasının Qarabağın azad edilməsini alqışladığını və ölkəsinin Qarabağda yenidənqurma işlərinə qatılmağa hazır olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, regionun geosiyasi, tarixi və beynəlxalq sərhədlərində hər hansı bir dəyişiklik İran tərəfindən qəbul edilməyəcək.
“Bizim regionda siyasətimizin əsası budur ki, ölkələr öz taleyini özü həll etsin, onların milli hakimiyyətləri və ərazi bütövlüyünə hörmət edilsin”, deyə Rəisi əlavə edib.
İran və Türkiyə prezidentləri həmçinin Suriya, Əfqanıstan və digər regional məsələləri də müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button