ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə İranla turizm əlaqələrini inkişaf etdirməkdə maraqlıdır

Türkiyənin Təbrizdəki baş konsulu Çətin Taner Türkiyənin İranla sağlamlıq turizmi sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Türkiyənin Təbrizdəki baş konsulu Çətin Taner Təbriz Tibb Elmləri Universitetinin prezidenti və rəhbərləri ilə birgə görüşündə bildirib ki, sağlamlıq turizmi qarşılıqlı əlaqələrə zəmin hazırlayan bir sahədir.
O, Türkiyə və Təbrizin müxtəlif tibb universitetləri arasında səhiyyə, tibb, elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb.
Onun sözlərinə görə, hər iki tərəf arasında mədəni və dini ortaqlıqlar ikitərəfli münasibətlərin möhkəmlənməsində rol oynayır.
Türkiyənin Təbrizdəki baş konsulu 2019-cu ildən bu yana 200-ə yaxın tələbənin Türkiyədən İrana getdiyini bildirərək, ümidvarlıq edib ki, İranda təhsil alan türkiyəli tələbələr təhsillərini başa vurduqdan və Türkiyəyə qayıtdıqdan sonra elmi məlumat mübadiləsi, elmi-tədqiqat və səhiyyə fəaliyyətləriinin genişləndirilməsi üçün bir körpü rolunu oynayaraq, İslam Respublikası ilə əməkdaşlığı davam etdirəcəklər.
İran İslam Respublikasının İslam İnqilabının qələbəsindən sonrakı 44 il ərzində əldə etdiyi tərəqqi o dərəcədədir ki, hətta düşmənlər də onları etiraf edir və inkar edə bilmirlər.
Qeyd edək ki, dünya elminin 2 faizi İranda istehsal olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button