ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Türkiyə-Ermənistan münasibətləri normallaşır-TƏHLİL

Türkiyə hökumətinin qeyd-şərtsiz Ermənistanla münasibətləri düzəlməyə hazırlaşması Azərbaycanda narazaılıq doğura bilər.

Qafqaz.ir-nin verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan vaxtaşırı Ermənistana mesajlar ünvanlayır, yol xəritəsi təklif və təqdim edir. O, bu günlərdə etdiyi çıxışında deyib ki, fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin normallaşmasını təmin etmək üçün 2009-cu ildə Sürix şəhərində protokollar imzalandı, lakin bu protokollar erməni tərəfinin sərt mövqedə dayandığına xatir heç vaxt qüvvəyə minmədi. Hazırda isə Cənubi Qafqazda yeni reallıqların meydana çıxması ilə hər iki tərəfdə əlaqələrin normallaşmasına böyük həvəs müşahidə olunur. Və Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də Ərdoğanın müsbət mesajları hər iki ölkənin siyasətini dəyişmək istədiyini göstərir.

Fakt budur ki, Türkiyənin Azərbaycanla çox yaxşı münasibətləri var. Dağlıq Qarabağ məsələsində onun mövqeyi Azərbaycan mövqeyinə yaxın idi və hətta bu istiqamətdə Azərbaycana hərbi məsləhətlər və siyasi dəstək verdi.

Bu kontekstdə müşahidəçilər xəbərdarlıq edirlər ki, Türkiyə indiki vəziyyətdə Ermənistanla danışıqlara girərsə, bu, AzərbaycaAll Postsnla Türkiyə arasındakı münasibətləri mütləq pozacaq. Zira rəsmi Ankara faktiki olaraq Ermənistanla münasibətlərin normallaşması prosesində Qarabağ şərtindən imtina etmiş olur. Doğrudur, Bakıda Qarabağ münaqişəsinin həll olunduğunu deyirlər, lakin reallıq bunu göstərmir və Qarabağın mühüm bir hissəsi hələ də Azərbaycanın nəzarətindən kənarda qalır və ATƏT Minsk Qrupuna həmsədrlik edən dövlətlər Madrid Prinsiplərini rəhbər tutaraq Qarabağa yeni statusun verilməsində israrlıdırlar. Ona görə də Türkiyənin bu addımı Əliyev hökumətinin mövqeyini zərbə altında qoya bilər.

SəhərAzəri

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button