ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Türkiyə xarici işlər naziri işğal altında olan Fələstinə səfəri edəcək

Qafqaz.ir xəbər verir ki, xəbər mənbələri Türkiyə xarici işlər nazirinin yaxın günlərdə işğal olunmuş Fələstinə səfər edəcəyini bildirib.

“Daily Sabah”-ın məlumatına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftə çərşənbə günü işğal olunmuş ərazilərə səfər edəcək. Bu, Türkiyə XİN rəhbərinin son 15 ildə işğal altında olan Fələstinə ilk səfəri olacaq.

Çavuşoğlu bundan əvvəl sionist həmkarı Yair Lapidlə görüşmək üçün mayın 25-də İsrailə səfər etmək niyyətində olduğunu bildirmişdi. O, İsrailə səfərindən bir gün əvvəl Fələstinə də səfər etməyi planlaşdırır.

Türkiyə və müvəqqəti sionist rejim son günlərdə uzun illər davam edən soyuq münasibətlərini bərpa etməyə çalışırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Tel-Əvivlə enerji əməkdaşlığı mövzusunda əməkdaşlıq etməyə ümid etdiyini bildirmişdi.

Məhz aprelin sonlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğal olunmuş Fələstinə səfər etmək planlarını açıqlayaraq, “Mayın üçüncü həftəsində İsrailə getməyi planlaşdırıram” demişdir.

Qeyd edək ki, Ankara ilə Təl-Əviv arasında münasibətlər sionist prezident İshaq Hersoqun martın ortalarında Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türkiyəyə səfərindən sonra istiləşməyə doğru gedib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button