ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə Ermənistanla münasibətlərin inkişafını gözləyir

“Xüsusi nümayəndələrin görüşləri baş tutub. Biz münasibətlərin yaxşılaşmasını gözləyirik. Ümid edirəm ki, qarşı tərəf də buna diqqət yetirir. Təkcə iki ölkə üçün deyil, regionun bütün dövlətləri üçün faydalı nəticələr əldə olunacaq”, – deyə AKP sədrinin müavini bildirib.

Qeyd edək ki, mayın 3-də Vyanada Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Sərdar Kılıçın üçüncü görüşü baş tutub. Xüsusi nümayəndələr təsdiqləyiblər ki, danışıqların yekun məqsədi Ermənistan və Türkiyə arasında yanvarın 14-də Moskvada keçirilən ilk görüşdə razılaşdırılan müddəaların icrasıdır.

Normallaşma prosesinin başladığını 2021-ci il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan edib. Eyni zamanda o, Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlarla bağlı Azərbaycanla koordinasiyalı hərəkət edəcəyini vurğulayıb.

İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistanla Azərbaycan arasında gedən proseslərlə əlaqələndirilməsini qeyri-konstruktiv hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button