ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 9 %-dək azalıb

Bu ilin avqust ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,614 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 961 min barel və yaxud 5,47 % azdır.

Bu ilin yanvar-avqust ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 132,052 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin 8 aylıq göstəriciləri ilə müqayisədə 12,473 milyon barel və yaxud 8,63 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button