ArxivXəbər lentiXəbərlər

Binəqədi sakinlərindən etiraz: Yolu bağlamağa cəhd etdilər

Bu gün Binəqədi rayon “3-cü mədən” ərazisinin sakinləri ərazidə suyun olmamasına etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, ərazi sakinləri maşınla su almaqdan yorulduqlarını dilə gətiriblər: “Müvafiq qurumlara müraciət etmişik. Heç kim bizim problemimizlə maraqlanmır. 50 ildən çoxdur ki, bu ərazidə yaşayırıq. Suyun maşınını 30 manata alırıq. Bir maşın su bir aya çatmır. Bizim gəlirlərimiz hər ay suya o qədər pul verəcək qədər deyil”.
Narazı sakinlər yolları kəsərək, avtomobillərin hərəkətinə mane olmağa çalışıblar.
Məsələyə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Binəqədi “3-cü mədən” ərazisində layihələr davam edir: “Bu həftə sözügedən ərazidə layihəyə başlanılacaq və əraziyə su çəkiləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button