ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

TŞ sionist rejimin Qüdsdəki təxribatını araşdırıb

BMT Təhlükəsizlik Şurası üzvləri işğal olunmuş Qüdsdəki  sionist rejimin mövcud vəziyyətin dəyişdirilməməsi ilə bağlı araşdırmalar aparıb.

Fars Xəbər Agentliyinin “Əl-Ərəbiyyə” qəzetinə istinadən verdiyi məlumata görə BMT baş katibinin müavini Xalid Xiari İsrailin milli təhlkəsizlik naziri İtamar Ben-Qvirin Məscidül Əqsadaya girişinin detallarına münasibət bildirərək deyib: Ben-Qvirin Məscidül Əqsaya girişi həddən artıq zorakılığa səbəb olmamasına rəğmən, onun əvvəlki çağırışını nəzərə alaraq status-kvonun dəyişdirilməməsi ilə bərabər təxribat xarakterli səfər kimi qəbul etmək olar.

Xalid Xiari həmçinin Ben-Qvinin müqəddəs məkana daxil olmasının beynəlxalq cəmiyyətdə etirazına işarə edərək deyib ki, bu nazir Qüdsdə status-kvonun şərtlərinə sadiq qaldığını deyir və onun müqəddəs məkana daxil olmasının mövcud vəziyyət şərtlərinin pozulması ilə əlaqəsi yoxdur.

Qeyd edək ki, sionist rejim milli təhlükəsizlik naziri İtamar Ben Qvinin müqəddəs Qüdsə girişi Fələstində böyük gərginliyə səbəb olub və Çin, Yaponiya, İngiltərə, Fransa və Amerika kimi ölkələr bu məsələyə dair mövqelərini nümayiş etdiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button