ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Tramp: “Məni ittiham etsələr, ölkədə ölüm və dağıntılara səbəb ola bilər…”
Tramp ABŞ dövlətinin hədələdi: “Mənə qarşı ittiham irəli sürülərsə, bu, ölkədə ölüm və dağıntılara səbəb ola bilər”.
Qafqaz Həqiqətləri xəbər verir ki, Bu sözləri keçmiş ABŞ prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində yazıb.
“Hansı şəxs başqa bir şəxsi, indiki halda isə tarixdə mövcud olan hər hansı prezidentdən daha çox səs toplamış ABŞ-ın keçmiş prezidentini və Respublikaçılar Partiyasından sözsüz ki, əsas namizədi törətmədiyi cinayətdə ittiham edə bilər? Bir halda ki, hər hansı cinayətin törədilmədiyi hər kəsə məlumdur. Həmçinin o da məlumdurmu ki, belə bir saxta ittihamın gətirəcəyi ölüm və dağıntılar ölkəmiz üçün katastrofik ola bilər?”, – deyə Tramp qeyd edib.
“Kim və niyə belə bir şey etsin? Yalnız ABŞ-a ürəkdən nifrət edən, degenerativ psixopat!”, – deyə o əlavə edib.
Mənbə: “The Hill”