ArxivXəbər lentiXəbərlər

Bakıda göstərilən 18+ tamaşasının aktyorları toyda döyüldülər

Bir neçə gün öncə Bakıda göstərdikləri 18+ tamaşa ilə ictimaiyyətin kəskin reaksiyasına və narazılığına səbəb olan ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov Bakıda dəvət aldığı toyda döyülüb. Bu barədə açıqlamasında fotoqraf Nihad Qulamzadə deyib.

O, bildirib ki, hadisə 5-6 gün öncə baş verib: “Yaxın aktyor-rejissor var, bizi toya dəvət etmişdi. Elmin toya şortikdə getmişdi. Fransalı aktrisa da bizimlə idi. Elmin, Anar, Elza və mən toya girəndə gələn qonaqlar bizi pis qarşıladılar. Dedilər ki, “bu nə geyimdir? Toya da şortiklə gələrlər?”

Sonra Elza ilə Elmin rəqs etdi. Bu da toydakıların xoşuna gəlmədi. Məsələ böyüdü. Hamı Elmini “razborka”ya restoranın zalından çölə dəvət eləyirdi. Sonra Elminə hücum çəkdilər. Axırda bəy yaxınlaşdı ki, toydan çıxanda xəbər edin sizi mətbəxdən özümüz çıxaraq”.

N.Qulamzadənin sözlərinə görə, təxminən saat 23-00-da E.Bədəlova oturduğu yerdən arxadan yumruq zərbələri endirməyə başlayıblar:

“Hətta qonaqların atdığı yumruq fransız aktrisa Elzaya da dəyirdi. Söyürdülər. Birtəhər aradan çıxa bildik”.

Qeyd edək ki, ODA teatrı bu hadisə olan ərəfədə “MimOda 18+” tamaşasını təqdim edib. Tamaşa ictimaiyyət tərəfindən narazılığa səbəb olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button