ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tofiq Yaqublunun məhkəməsini izləməyə gələn ictimai-siyasi fəallar cərimələnib

Siyasətçinin məhkəməsini izləməyə gələnlərin əksəriyyəti zala buraxılmayıb

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsini izləməyə gələn ictimai-siyasi fəallardan ikisi saxlanılıb. Hadisə iyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib.
Prosesdən öncə məhkəmənin qarşısına avtobus və Post-Patrul avtomobillərində çoxlu sayda polis gətirilib.
Siyasətçinin məhkəməsini izləməyə gələn ictimai-siyasi fəalların əksəriyyəti zala buraxılmayıb. Onlar məhkəmə binasının önündəki kiçik parkda prosesin bitməsini gözləyiblər. Həmin vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əbülfəz İmaməliyev və ictimai fəal Cəmil Hacıyev saxlanılıb. Onlar məhkəmənin qarşısında zorakılıqla polis maşınına mindirilərək aparılıb.
Adları çəkilən hər iki fəalın Nəsimi rayonu, 22-ci polis bölməsinə aparıldığı məlum olub.
Onlar iyunun 21-də axşam saatlarında cərimələnərək, sərbəst buraxılıb. Polis bölməsində fəallar haqqında inzibati protokol tərtib edilib, biri 50, digəri isə 100 manat cərimələnib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button