ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranla Rusiya arasında hərbi əməkdaşlıqlar genişləndirilir

Yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə Tehrana daxil olan Sergey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin rəsmi dəvətilə bu səfəri həyata keçirir.

Müdafiə diplomatiyasının inkişaf etdirilməsi, ikitərəfli əməkdaşlıqların genişləndirilməsi, həmçinin beynəlxalq terrorizm və ortaq təhdidlərlə mübarizə, keçiriləcək görüşlərin əsas istiqamətlərindən sayılır.

İranda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Moskva ilə Tehran arasında qarşılıqlı əlaqələr yeni səviyyəyə yüksəlir. Ölkələr arasında dialoq hazırda intensiv şəkildə inkişaf edir.

“Biz ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırılmış fəaliyyətlərin bütün spektrini həyata keçirməyə yönəlmişik. Rusiya və İrana qarşı sanksiya təzyiqi onun faydasızlığını göstərir. Lakin ölkələrin qarşılıqlı fəaliyyəti isə yeni səviyyəyə yüksəlir”, – deyə Şoyqu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button