ArxivXəbər lentiXəbərlər

“Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı məsələləri müzakirə edilib

Rusiyanın Şimali Qafqaz işləri naziri Sergey Çebotaryov İranın bu ölkədəki səfiri Mehdi Sanai ilə görüşüb. Görüşdə İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində infrastrukturun inkişafı məsələləri də müzakirə olunub.

AZƏRTAC Rusiya Şimali Qafqaz İşləri Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı, Xəzər hövzəsindəki dəniz limanlarının inkişafına dair tədbirlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Çebotaryov bildirib ki, hazırda Rusiya ilə İran arasında əmtəə dövriyyəsi 1,7 milyard dollara yaxındır və bu göstərici gələcəkdə daha artacaq. Biz çalışırıq ki, İran Rusiyanın on başlıca tərəfdaşı siyahısına daxil olsun.

İran səfiri 2017-ci ildə Şimali Osetiya-Alaniya Respublikasında “Şimali Qafqaz və İran: əməkdaşlıq tarixi və perspektivləri” mövzusunda keçirilən konfransın əhəmiyyətini vurğulayıb, gələn il İranda belə forumun təşkil olunmasını təklif edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button