AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehranda İƏT-ə üzv ölkələrin Aşqabad razılaşmalarının icrası müzakirə olunur

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Tehrandakı Katibliyində təşkilatla bağlı həyata keçirilən islahatlar prosesinə dair ikigünlük müzakirələr başlayıb.

qafqaz.ir xəbər verir ki,tədbir təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir. Türkmənistanı iclasda xarici işlər nazirinin müavini Vepa Hacıyev təmsil edir.

Tədbirdə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistandan olan nümayəndələr iştirak edirlər.

İclas bir sıra konkret məsələlərin, xüsusən də postpandemiya dövründə regional əməkdaşlığın gücləndirilməsi yolları və vasitələrinin, həmçinin Aşqabadda əldə olunmuş razılaşmaların səmərəli şəkildə həyata keçirilməsinin təmin edilməsinə yönəlib.

Tədbirin ilk günündə regional ticarət və qarşılıqlı münasibətlər, üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Qeyd edilib ki, ötən il İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi, təxminən, 40 milyard dollar təşkil edib və bunu 500-600 milyard dollara çatdırmaq imkanı var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button