ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehranda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

28 May, Müstəqillik Günü münasibəti ilə Tehran şəhərində yerləşən Parsian-İstiqlal otelində rəsmi qəbul keçirilib.

Qafqaz.ir xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin tvitter səhifəsi vasitəsilə məlumat verilib.

Bildirilib ki, ötən gün Tehranın Parsian-İstiqlal otelində 28 may Müstəqillik Günü münasibəti ilə böyük tədbir keçirilib.

Tədbirə İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimi və sair rəsmiləri də qatılıblar.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf xələfov da bu tədbirdə iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button