AktualAktualArxivIslammədəniyyatŞəkil​SosialXəbər lentiXəbərlər

Tehranda Azərbaycan Respublikası şəhidlərinə 40 mərasimi keçirildi-Foto

İran vətəndaşlarından bir qrupu Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısına gedərək bu ölkənin Ermənistanla son döyüşlərdə şəhid olmuş hərbçilərini 40 günü münasibətilə anıblar.
Qafqaz Həqiqətləri xəbər verir ki, bazar ertəsi günü İran vətəndaşlarından bir qrupu Bakının Tehrandakı səfirliyi qarşısına gedərək Azərbaycan Respublikasının işğalçı Ermənistan qüvvələri ilə döyüşdə şəhid olmuş hərbçilərinin 40 günü münasibətilə səfirliyin önündə şam yandırmaqla və gül hədiyyə etməklə şəhidləri anıblar.
Səfirlik önündə şəhidlərin xatirəsini uca tutan iranlılar sonda bəyanat oxuyublar. Bəyanatda deyilir:
Dost və qardaş Azərbaycan Respublikası ordusu qüvvələrindən ən yaxşılarından bir qrupunun Tovuz döyüşlərində şəhadətindən qırx gün ötür. Özümüzə vəzifə bilirik ki, bu ölkənin Tehrandakı səfirliyi qarşısında toplaşaraq, haqq yolunun şəhidlərini anmaqla yanaşı, bir daha Qarabağın İslam aləminə və Azərbaycan Respublikasına aid olduğuna təkid edək, İranın böyük xalqı tərəfindən bir təmsilçi kimi Azərbaycanın müsəlman və qeyrətli xalqına hərtərəfli dəstəyi verməyə hazır olduğumuzu elan edək.
Əminik ki, İslam torpaqlarını işğal etmiş bütün işğalçılar məğlub olacaq, Qüds və Qarabağ İslam ümmətinin ağuşuna qayıdacaq.
Mütəal Allahdan Azərbaycan Respublikasının Tovuz döyüşləri şəhidlərinə ülvi dərəcələr diləyir və bir daha Azərbaycan xalqına, xüsusilə də bu başıuca şəhidlərin ailələrinə böyük səbir və gözəl mükafat istəyirik.

 

کشور جمهوری آذربایجان ,

کشور جمهوری آذربایجان ,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button