ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tayfa rejimi İranofobiya üçün “fürsət” tapıb/video

Psixoloji əməliyyat yalnız istehza doğurur

Bu günlərdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin ailə-məişət zəminində bir şəxs tərəfindən hücuma məruz qalması və Xoy şəhərində baş vermiş zəlzələ Əliyev rejiminin İran İslam Respublikasına qarşı qara-piar kampaniyasının əsas süjetlərini təşkil edir və klan rejimi İranofobiya siyasətinin icrasını sürətləndirib.
Səfirlik məsələsində İran tərəfi hadisənin terror aktı olmadığını vurğulasa da, rəsmi Bakı bunu az qala beynəlxalq təşkilatlar səviyyəsində qaldırmağa cəhd edir və hakimiyyət orqanları kəskin anti-İran yanaşmasını ortaya qoyublar. İlham Əliyevdən tutmuş, Azərbaycanın Xarici İşlər Nazirliyi, Milli Məclisin deputatları və Azərbaycan Respublikasının bütün KİV-ləri hadisənin terror xarakteri daşıdığını vurğulayıblar.
Bundan əlavə, Tehranla gərginliyi alovlandıran Əliyev hakimiyyəti üçüncü qüvvənin tapşırığı əsasında İrandakı səfirliyi bağlamaqla yanaşı Azərbaycan vətəndaşlarının İrandan geri qaytarılmasını tələb edən bəyanat yaydı. Həmçinin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə basqınla əlaqədar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq beynəlxalq təşkilatlara və platformalara müraciət edildi.
Bu prosesin ardınca Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri 2023-cü il yanvarın 31-də guya “İranın casusluq şəbəkəsinə qarşı” əməliyyata başladığını elan etdi. 1937-ci il repressiyalarını xatırladan bu əməliyyat zamanı onlarla günahsız insan; o cümlədən müsəlman jurnalistlər və ruhanilər şərlənərək həbs edildi.
Çirkin kampaniyanın davamında Bakı hökumətinin rəsmi mediasının zəlzələdən zərər çəkmiş Xoy ilə bağlı əsassız yalanları da diqqətdən kənarda qala bilməz.
Belə ki, qonşu ölkənin rəsmi media və televiziyaları İran hökumətini zəlzələdən zərərçəkənlərə etinasızlıq göstərməkdə ittiham edir. Təfriqəçi qara-piar kampaniyasında iddia olunur ki, İran hökumətinin zəlzələdən zərər çəkmiş insanlara xidmət etmək üçün heç bir hərəkəti yoxdur, çünki onlar azərilərdir və humanitar yardım yalnız türkdilli xalqın köməyidir!
Etnik və millətçi hisslərə əsaslanan böhtan xarakterli xəbərlərin yayılmasına rəğmən, zəlzələnin ilk günlərindən daxili işlər naziri və Qızıl Aypara Cəmiyyətinin rəhbəri, sonrakı günlərdə isə birinci vitse-prezident, İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın baş komandanı və təhsil naziri kimi bəzi nazirlər bölgəyə səfər edərək, dəymiş ziyanı ətraflı şəkildə qiymətləndirib müvafiq tapşırıqlar vermişlər.
Öz növbəsində fevralın 5-də prezident Seyid İbrahim Rəisi bölgənin zəlzələdən zərər çəkmiş əhalisinə baş çəkdi və yaxından vəziyyətlə tanış oldu. “İnşallah qısa müddət ərzində Xoyda yenidənqurma işləri başlanacaq və hökumət bunun üçün vəsait ayıracaq”, – deyə İran İslam Respublikasının prezidenti vurğulayıb.
Maraqlıdır ki, Azərbaycan Respublikası nəinki Xoyda zəlzələdən zərərçəkənlərə yardım göstərməmişdir, hətta başsağlığı verməkdən belə çəkinmişdir.
Hər halda Əliyevin təbliğat maşını təbii fəlakəti yəni Xoy zəlzələsi məsələsini etnik təbliğat vasitəsinə çevirməyə çalışsa da, bu cılız və düşük hərəkət İran azəriləri arasında yalnız istehza ilə qarşılanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button