ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tayfa rejimi İrana xox gəlmək üçün yeni üsul tapıb!

İkinci Qarabağ Müharibəsindən sonra Araz çayını dostluq sərhədi adlandıran İlham Əliyev çayın Xudafərin körpüsü ərazisində nümayişkaranə hərəkətlərə rəvac verməkdə davam edir.

Özünü dünyəvi dövlət sayaraq İslam atributlarının, o cümlədən də Ya Hüseyn bayağının Aşura mərasimlərində istifadəsini, eləcə də xarici turistlər inciməsin deyə azan səsinin səsgünləndiricilərdən yayılmasını qadağan edən Əliyevin rejimi Xudafərin körpüsünün kənarında İslam atributlarından istifadə edərək guya İrana mesaj ötürməklə məşğuldur.

Görünür, ötən aylarda ifrat türkçüləri və ya onların Mayk Doran kimi xaç ataları və Brenda Şeffer kimi xaç analarını körpüyüə gətirib İrana acıq verən rejim bu günlərdə metodunu dəyişib; yeni metodda İslam atributlarından istifadə etməyə üstünlük verilir və bunun üçün Heydər məscidinin axundları səfərbər olunublar. Əvvəlcə Quran ayəsi oxutdurulub İctimai Televiziyadan yayımlandı, son günlər isə həmin məkandan azan verilib və yenə də İctimai Televisiyadan efirə verildi.

Bu hərəkətə necə ad vermək olar? Əgər bu, Azərbaycanda azan qadağasına son qoymağın anonsudursa, alqışlamaq lazımdır, yox əgər İslamın döyünən ürəyi olan ölkədə iranlıları dinə – məzhəbə dəvət etmək üçündürsə, məzhəkədən başqa bir şey deyil.

Qəribədir ki, sosial mediada yayılan kadrlarda azanın sünni səpkində verildiyi hiss edilir. Əgər belədirsə, bu, çoxluqda olan şiələrə hörmətsizlik deyilmi?

Nə isə top artıq Şeyxülislam cənablarının meydanındadır, əgər ixtiyar sahibidirsə, buyursun mövqe bildirsin…

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button