Arxiv

Ərdoğanın enişinin yeddi nişanəsi

Baş nazir Ərdoğan bir qartopu misalı uçurumdan aşağı yuvarlanmaya başladı.

Təbiətin qanunudur: Qartopu yuvarlanmaya başladıqca sürəti artar və ən dibə enənə qədər dayana bilməz. Ən dibdə isə dağılıb gedər.
Ərdoğanın sürətlə aşağı doğru enməyə başladığının nişanələri isə bunlardır:
Boş meydanların AKP-yə cavabı
1) Ərdoğanın Trakya səfəri AKP baxımından tam bir fiaskoydu. Ərdoğan Pınarhisar, Çorlu, Çerkezköy, Tekirdağda boş sahələrə danışdı. Meydanlar siyasətdəki gedişatın ən əhəmiyyətli göstəricisidir.
Trakya yalnız Ərdoğana “siyasi cəhətdən artıq bitdin” mesajı vermədi, eyni zamanda yeni bir Türkiyənin inşa edilməyə başladığının da işarəsini verdi. Çox əhəmiyyətli bir mesaj idi.
2 ) Əslində AKP səlahiyyətliləri də vəziyyətin fərqindədir. Əllərində media imkanlarıyla dərhal hər gün “çox güclüyük” mesajı versələr də hər həftə sifariş etdikləri “52%” anketləriylə ictimaiyyət arasında fikir yaratmağa çalışsalar da həqiqəti artıq gizləyə bilmirlər.
Necə ki, yerli seçkilər üçün qoymaq məcburiyyətində qaldıqları 39,4% baryerin qoyulması bunun göstəricisidir. Bu səsi belə toplaya bilməyəcəklərini isə lütfən indidən yadda saxlayın.
Ərdoğanın vasitəçi axtarışı
3) Ərdoğanın “açıqlasa yer yerindən oynayar” sözləri Türk siyasi arenası üçün olduqca tanışdır. Tansu Çillər də küncə sıxıldığı dövrdə bu cümləyə sarılmışdı. Sonrası məlumdur: Çillər siyasətdən çəkilmək məcburiyyətində qaldı.
“Açıqlasa yer yerindən oynayar” demək məcburiyyətində qalan bir baş nazir əslində çarəsizliyini ortaya qoymaqdadır və iqtidarı itirməyə başladığını göstərməkdədir. Ərdoğan adına “Yeni Şəfəq” qəzetində Cem Kiçik iki gündür “açıqlamaqdadır” lakin Yer yerindən oynamadı. Cem Küçüyə görə, Təhlükəsizlik gücləri və Məhkəmənin idarəsini ələ keçirmiş bir şəbəkə Ərdoğana zərbə vurmağa çalışmaqdadır.
Bu da bir acizlik ifadəsidir. Çünki AKP dövlətdir, bütün kəşfiyyat təşkilatları dövlətin əmrindədir. Şəbəkəni qulağından tutub ortaya çıxara bilmirsə, demək ki, dövlət olmaqdan çıxmağa başlamışdır!
4) Ərdoğanın mediadakı səsi Abdülkadir Selvi dünən Fəthullah Gülənə “ölkəyə qayıt” çağırışı etdi. Xatırlayırsınızsa, AKP – Camaat qarşıdurmasının su üzünə çıxdığı müddətdə də Ərdoğan birbaşa Fəthullah Gülənə səslənmiş və “qayıt” demişdi. Gülənin isə “mühiti hələ etibarsız gördüyü” üçün dönməyəcəyi açıqlaması əhəmiyyətli mesajlarla dolu idi.
İndi o çağırış işi Selviyə qalmışdır. Hətta Selvi yazısında vasitəçi problemi yaşadıqlarını, təyin olunan vasitəçilərin “təmizləndiyini” də etiraf etmişdir. Güləndən aman diləyən Selvinin “Aydınlıq və Sözçü qəzetlvri bizi bir-birimizə qarşı qoydu, barışmasaq bu bizi bitirər” şəklindəki ucuz üsullara əl atması isə AKP-nin çarəsizliyinin bir başqa nişanəsidir.
Ərdoğan nağd pul tapa bilmir
5) Ərdoğan iqtidarının dərmanı nağd pul və maddi qaynaqlardır. Ancaq Ərdoğan bir müddətdir bu “dərmandan” da məhrumdur.
Ərdoğan bu mövzuda iki cəhd etdi: Birincisi, Şimali İraq neft və təbii qazına bel bağladı. Lakin Bağdadın dözümlülük sərhədini aşa bilmədi. İkincisi isə, Ərdoğan şəxsən gedərək Qatardan nağd pul istədi. Qatarın altı ay əvvəl ləğv etdiyi 12 milyard dollarlıq işlərin yenidən həyata keçirilməsini tələb etdi. Bildiyimiz yalnız 5 gəmi maye qaz ala bildi.
6) Ərdoğan yalnız daxildə deyil, xaricdə də çətin vəziyyətdə qalıb. Suriyada Bəşər Əsədi devirə bilməyən, İraqda Ərbili Bağdaddan ayıra bilməyən, İranın Qərblə müqaviləsində kənarda qalan, Misirdən qovulan, “Müsəlman Qardaşlar” siyasəti ucbatından Səudiyyə Ərəbistanını da itirən Ərdoğan indi bölgəyə “geriyə doğru şərəfli addımlar atmağa, güzəştlər verməyə hazıram” mesajları göndərməkdə, lakin görə bildiyimiz qədəriylə rədd cavabı almaqdadır!
Təşəbbüs Arslanlı Yoldadır
7) Ərdoğanın may ayında Vaşinqtona səfəri və Obamayla görüşməsi, siyasətdə çıxdığı ən uca nöqtə idi. O ziyarətdən sonra Ərdoğan o uca nöqtədən yuvarlanmağa başladı. İyunda “Xalq Hərəkatının” yerindən oynatdığı Ərdoğan artıq daha proqramlı və mütəşəkkil bir güc olan Arslan Yolun hədəfindədirlər. Maydan indiyə qədər keçən altı aylıq müddət təşəbbüsün artıq Ərdoğandan deyil, Arslanlı Yolda olduğunu göstərməkdədir. Bu meyl prosesin hara gedəcəyini göstərən ən əhəmiyyətli işarədir.

Mehmet Əli Güllər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button