ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tanınmış hüquqşünası “Heydər Əliyevin məzarını ziyarətə getmir” deyə, işdən çıxarıblar

Vəkil Cavad Cavadov hüquqşünas kimi çalışdığı şirkətdən özündən xəbərsiz işdən çıxarıldığına görə kompensasiyasını ala bilmir. Şirkət məhkəməyə məktubunda yazıb ki, hüquqşünas keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət etmədiyi üçün işdən çıxarılıb.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Şükürbəyli kəndində hərbi formaların tikilməsi üçün fabrik açacağını bəyan edən “T-Finans LTD” şirkəti Cavadova 32 min 300 manat kompensasiya ödəməlidir.
İşə Binəqədi rayon məhkəməsində baxılıb. Şirkətin direktoru Minayə Həmidova məhkəməyə göndərdiyi məktubda həm Cavadovun öz istəyilə işdən çıxdığını, həm də onunla əmək müqaviləsi bağlamadıqlarını yazılıb:
“Şirkət ulu öndərin (keçmiş prezident Heydər Əliyevi nəzərdə tutur – red.) xatirəsinə bir çox tədbirlər keçirib, bunların heç birində Cavad Cavadov iştirak etməyib. Dövlətin siyasi etibarını qorumaq naminə müxalifət yönündə heç bir işçinin bizimlə çalışmasını istəmirik. Onunla heç bir əmək müqaviləsi bağlanmayıb”.
Şirkətin icraçı direktoru İlahə İlyasova isə Azadlıq Radiosuna deyib ki, heç kimə pul ödəmək niyyətində deyillər: “Ulu öndərin qəbrinə getmək istəməyən adam mənim şirkətimdə nə gəzir? Onu niyə işdə saxlamalıyam? Beş nəfərin iştirakıyla akt yazdıq, adam işdən çıxdı. Demişdi ki, ərizəmi verəcəm, vermədi. Gedib müxalifətçiləri müdafiə edəndə bizim işləri aparmayıb ki. Bu dövlət sağ olsun, bizim bu boyda vergi borcumuza qədər sildi…”.
Cavadov isə deyir ki, qarşı tərəf məhkəmə qərarını icra etməmək – ona pul ödəməmək üçün Heydər Əliyevin adıyla spekulyasiya edir:
“Ümumiyyətlə, mənə Heydər Əliyevin məzarını ziyarət etmək təklif olunmayıb. Bunun hamısı məhkəmə qərarını icra etməmək, əmək hüquqlarımın pozulmasına haqq qazandırmaq üçün bəhanədir. İşlədiyim müddətdə əmək funksiyalarımı yüksək səviyyədə yerinə yetirmişəm. Onların etdiyi qanunsuzluqlar məhkəmə qərarında əksini tapıb. Hətta bir anlıq qarşı tərəfin dediklərini həqiqət kimi qəbul etsək belə, hüquqşünasın əmək funksiyasına daxil olmayan işi ondan tələb etmək qanunsuzdur”.
Azadlıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button