ArxivFilm​IslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tanınmış azərbaycanlı alim, irfan ustadı, Ayətullah Fatiminiya dəfn edilib (FOTO)

 

 Tanınmış azərbaycanlı alim, irfan ustadı, Ayətullah Seyid Abdullah Fatiminiya ötən gün Qum şəhərində dəfn edilib.

 Ayətullah Seyid Abdullah Fatiminiyanın cənazə mərasimi ötən gün Tehranda keçirilib. İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ona cənazə namazı qılıb.

Daha sonra alimin nəşi Qum şəhərinə aparılıb. Burada da ona dəfn mərasimi keçirilib və Həzrət Məsumə xanımın məqbərəsi kompleksində dəfn edilib.

Qeyd edək ki, Ayətullah Seyid Abdullah Fatiminiya iki gün öncə Tehranda 76 yaşında vəfat edib. Əslən azərbaycanlı olan alim 1946-cı ildə Təbriz şəhərində anadan olub. Ayətullah Fatiminiya islam əxlaqı və irfan mövsuzunda qiymətli əsərlərin müəllifidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button