AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Talibanın Qafqaz və Rusiyada taktikası İŞİD-in taktikası kimi olacaqmı?

 

Qafqaz Həqiqətləri – İŞİD-in cövlan etdiyi vaxt bir sıra tutarlı faktlar qafqazlıların mərkəzi İŞİD-ə nəzərə çarpacaq həddə kömək göstərdiyini və bu qrupun xarici döyüşçülərinin əsas hissəsini təşkil etdiyini sübut etdi. İfratçı İslam, Qafqaz əmirliyindən fərqli olaraq müsəlmanların ona bağlılıq hiss edə biləcəyi bir növ siyasi layihədir (eynilə, beynəlxalq böhran qrupunun hesabatında vurğulandığı kimi).

Qafqaz bölgəsində neçə nəfərin İŞİD -ə qoşulduğu dəqiq bilinmir. Bununla belə, ekspertlər onların sayının 2000-5000 arasında olduğunu təxmin edirlər. Ancaq Putin 2015-ci ilin payızında İŞİD-ə qoşulan çeçenlərin 7000-dən çox olduğunu iddia etdi. Bu tendensiya Qafqaz regionunda bir növ ifratçı İslamın tərəfdarları olan müsəlmanların sayında ciddi artım olduğunu göstərir. Əksər ifratçılar nəzarət etdikləri ərazidən kənarda üzvlüyə cəlb olunurlar və bundan sonra üzv toplamaq tədricən sosial mediaya çəkiləcək. Necə ki, İŞİD sosial şəbəkələrdə YouTube və bir neçə dəqiqəlik videolardan istifadə edirdi.

Müsəlmanların, ekstremist qrupların və Rusiya hökumətinin hərəkətlərinə baxış

Çeçenlər əfsanələr çənbərəsinin mühasirəsindədir. Onlar sərt göyüşçü olsalar da, cavan və təcrübəsizdirlər, möhkəmlənmiş Rusiya ilə illərlə qarşıdurma və müqavimətdə olan bölgədəki çeçenlərdən fərqli olaraq müharibəni tanımırlar.

Orta Asiya və Qafqazdakı ekstremist qruplar Rusiya daxilində bir neçə üzvtoplama taktikasından istifadə edirlər. Rus dili ekstremistlərin təbliğatında ən çox istifadə edilən üçüncü dildir və “İslam Hökuməti” ərazilərində danışılan üçüncü dil sayılır. Buna misal olaraq, 2016-cı ilə qədər demək olar ki, dörd sayı çapdan çıxmış rus dilində nəşr olunan “İstok” jurnalını göstərmək olar. Bölgə cəmiyyətindən nə qədər insanın bu jurnalı oxuması dəqiq məlum deyildir.

Rusiyada müsəlmanlar təcrid vəziyyətindədir və onlara ikinci dərəcəli vətəndaş kimi baxılır. 2015-ci ilin sentyabrında Putin Suriya məsələsinə müdaxilə etdikdə, Rusiya hökuməti bölgədə minlərlə müsəlmanı ekstremist adlandırdı və onların adlarını terrorizm nəzarəti siyahısına saldı. Bu yanaşma ilə Rusiya təhlükəsizlik qüvvələri istədikləri vaxt hər bir kəsi ekstremistlər siyahısına daxil edə bilərlər. Bu ölkənin qanunlarında ekstremist tərifində də anlaşılmazlıqlar mövcuddur. Məsələn, sosial şəbəklərdə bir şeyi xoşlamaq sizi ekstremistlər sırasına daxil edə bilər. Hökumət hamını ifratçı sələfi adlandıra və bütün (ifratçı) müsəlmanların evində təftiş işləri apara bilər. Habelə, onları dindirə və ya DNA analizi verməyə məcbur edə bilər. Hakimiyyət ekstremizmi yox, mötədilliyin mənbəyi olan insanları təqib etmək istəyir! Bunun nümunələrindən biri kimi sələfi xətib və imam Məhəmmədnəbi Müqəddəmovun həbs edilməsini göstərmək olar. O, aşkarcasına İŞİD əleyhinə danışırdı, hətta “Ekonomist” və “Novaya Qazeta”-nın yazdığına görə, ekstremistlər tərəfindən təhdid edilmişdi.

Rusiyanın sərt hərəkətləri Qafqaz müsəlmanlarının ifratçı qruplara qoşulmasına səbəb olur. Bu üzdən qeyd etmək lazımdır ki, İŞİD-in cövlan etdiyi vaxt Qafqaz əmirliyi gizli fəaliyyət göstərirdi, indi isə Taliban artıq tamamilə aşkar şəkildə fəaliyyət göstərən bir hökumətdir və əmirliyin sərhədlərini tədricən genişləndirmək, Orta Asiya və Qafqazda ideoloji təbliğat aparmaq ardınca olacaqdır. Beləliklə, Qafqazda və Rusiyada ekstremist qrupların üzvtoplama şansı daha çox artacaq.

Yazar: Seyid Mahmud Kamalara (Zəkəriyya), beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button