ArxivXəbər lentiXəbərlər

Britaniya mediası İlham Əliyevi despot adlandırdı

 

«The Daily Mail» Azərbaycanı «ən çox korrupsiyalaşmış rejimlərdən birinin idarə etdiyi ölkə» deyə təqdim etdi
Şahzadə Endryu Əliyevlə əlaqələrinə görə öz ölkəsində yenidən tənqid olundu

 

 

Böyük Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryu Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə münasibətlərinə görə öz ölkəsində yenidən tənqid atəşinə tutulub. Daha doğrusu, Endryunun iyulun 8-də Bukingem sarayında BP-nin icraçı direktoru ilə gizli görüşü bu mövzunu bir daha gündəmə gətirib. “The Daily Mail” qəzetində bu barədə yayımlanan məqalədə Ilham Əliyev “dünyada ən çox korrupsiyalaşmış rejimlərdən birinin başçısı” və “despot” kimi təqdim olunub. Müəllif Sebastian Şeksprin hazırladığı məqalənin tərcüməsini təqdim edirik:

Duke_Despot_Prince Andrew_Aliyev

***

Şahzadə Endryu bir sıra qalmaqallardan sonra üç il əvvəl Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsindən getsə də, Britaniya ilə bağlı biznes maraqları baxımından bir sıra xarici ölkələrdə münasibətləri davam etdirir. York hersoqu bu həftə neftlə zəngin Azərbaycanın ən böyük investoru olan BP-nin şefi ilə gizli görüş keçirib. Təsadüfi deyil ki, keçmiş sovet ölkəsi olan Azərbaycanın milyarder diktatoru Ilham Əliyevin Endryu ilə yaxın əlaqələri var.
Endryu BP-nin icraçı direktoru Bob Dadli ilə çərşənbə axşamı Bukingem sarayında görüşüb. Mətbuat katibi də təsdiqləyir ki, onların təkbətək görüşü olub. Amma bu görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmır.
“Biz şəxsi görüşlərin məzmununu şərh etmirik. Bununla belə, o da məlumdur ki, hersoq mütəmadi olaraq, Britaniya iqtisadiyyatına dəstək məqsədilə müəyyən görüşlər keçirir”, – deyə Sarayın rəsmisi bildirib.
Endryu ticarət nümayəndəsi vəzifəsindən gedəndən təxminən bir il sonra o, Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmanı Bukingem sarayında gizli görüşə çağırmışdı.
Rəsmilər iddia edirdilər ki, həmin görüş diplomatın təşəbbüsü ilə baş tutub. Istənilən halda, bu görüş hersoqun dünyanın ən çox korrupsiyalaşmış rejimlərindən biri tərəfindən idarə olunan ölkə ilə əlaqələrinə dair bir sıra suallar doğururdu.
Ötən ilin dekabrında BP-nin rəhbərlik etdiyi qrupla Azərbaycan arasında müqavilə imzalandı. Söhbət 45 milyard dollarlıq qaz kəməri layihəsindən – Avropa bazarına təbii qaz axınını təmin edəcək dördüncü marşrutdan gedir.
Hersoq son 6 ildə Azərbaycan prezidentilə 8 dəfə görüşüb. Onun despotla əlaqələrində rəsmi səfərlər, özəl partilərdən tutmuş, Bukingem sarayında Əliyev üçün naharın təşkilinə qədər bir sıra məqamlar yer alır. Endryu, hətta Yaxın Şərqə rəsmi səfərini başa vurub geri qayıdarkən prezident tərəfindən təşkil olunmuş naharda iştirak etmək üçün yolüstü Azərbaycana da baş çəkib.
Məlumata görə, hətta Azərbaycana səfərlərinin birində o, Əliyevlərə məxsus lüks massaj salonunda da olub. Həmin salonda gözləri görməsə də, “dünyada ən yaxşı əllər” adı verilən rus massajçı çalışır./azadliq/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button