ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tale Bağırzadə Abgül Süleymanovdan yazdı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə hazırda həbs həyatı yaşayan vicdan məhbusu hacı Abgül Süleymanovu təbrik edib.

Rakurs.tv Tale Bağırzadənin həbsxanadan göndərdiyi məktubu olduğu kimi təqdim edir:

“Bu gün əziz qardaşım hacı Abgül Süleymanovun 45-ci doğum günüdür. Hakim rejim artıq 10ildir ki, şəhid qardaşı Abgül Süleymanova doğum günü münasibəti ilə məhrumiyyət, təcrid, əzab-əziyyət və işgəncələr yaşatmaqla özünəməxsus hədiyyələrini təqdim etməkdədir. Əlbəttə, bu “hədiyyələr” İmam Hüseyn (ə) məktəbinin işığında gözəllikdən başqa bir anlam ifadə etmir. Bəli siyasi sifarişlərlə bizləri həbs etdirərək öz çirkin məqsədlərinə çatacaqlarını güman edənlər, heç şübhəsiz öz gümanlarında yanılaraq həyatlarının ən böyük səhvlərini buraxaraq qaçınılmaz olan peşmançılıq və rüsvayçılıq dalanına dirənməkdədirlər. Dirəniş ruhunun qarşısında nə qədər əlacsız və aciz qaldıqları da gün kimi aydındır.

Axı könüllərini yalnız və yalnız Allaha verərək mübarizədə möhkəm duranları, nəinki 10 il, 100 il də həbsxanada saxlasanız nə əyərək sındıra, nə də ki, üzərlərində hökmranlıq edə bilərsiniz!

Ümid günəşinə boylanaraq Uca Rəbbimizin müdafiə vədi verdiyi Müqavimət və Dirəniş xətti hər daim zəfərin müjdəçisi olmuş və olmaqda da davam etməkdədir. Odur ki, bizim üçün həbsxana həyatının hər anı İlahi zəfərə doğru atılmış bir addımdır.

Addımların mübarək,Hacı Abgül!

Tale Bağırzadə. Qobustan həbsxanası”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button