ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tale Bağırzadəyə dəstək aksiyası Nigeriyanın iki böyük məntəqəsində baş tutub

cümə günü Nigeriya mübarizləri Tale Bağırzadəyə dəstək, həbsxanada günahsız məhkumlarla bağlı azadlıq aksiyası keçiriblər. Bu barədə məlumatı Operativtv.com KHA (JERUSALEM) xəbər agentliyinə istinadən yayıb.
Məlumatda bildirilir ki, Nigeriya vətəndaşları cümə namazından sonra hal-hazırda 14 gündür ki, 12 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Tale Bağırzadə və həbsxanalara günahsız məhkum olunmuş şəxslərə dəstək nümayiş olunub. Aksiyada ilahiyyatçının çoxsaylı şəkil və plokatları qaldırılıb.
Məlumat üçün bildirək ki, aksiyalar Nigeriyanin iki böyük məntəqəsində Kano və Abucada gerçəkləşib. Aksiya iştirakçıları Tale Bağırzadə başda olmala dünyanın hər bir nöqtəsində zülmə uğrayaraq həbsə atılmışlara azadlıq tələb ediblər. Mitinq iştirakçıları çıxışlarında Bağırzadənin müxtəlif işgəncələrlə həbs edilməsi Azərbaycan administrasiyasının vəhşiliyi və sui-qəsdləri nəticəsində qəbul edilmiş ədalətsiz və qəddar qərar adlandırıblar.
“İslamın şərəf və ləyaqətini daim qoruyan İslam alimi Hacı Tale Bağırzadə təkbaşına da olsa bu təzyiqlərə, işgəncələrə sinə gərir. Bağırzadə heç vaxt müsəlman məhbusların təqiblərinə qarşı sinəsini sipər etməkdən çəkinmirdi. Hacı Tale Bağırzadə ona və həbsdə olan digər müsəlmanlara verilən işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirir və bu gün də aksiya davam etməkdədir.”
Mitinqin rəhbəri Məlam İmam Yaqub Azərbaycan hakimiyyətini bu qeyri-insani hərəkətə və Hacı Tale Bağırzadənin qanunsuz həbsinə son qoymağa çağırıb. Dr. Davud Nalado, “Müsəlmanlar olaraq dünyanın harasında olurlarsa olsunlar, qardaşlarımıza edilən zülm və işgəncələrə səssiz və reaksiyasız qalmayacağıq” deyib. Mitinqin sonunda bağlanış nitqlərindən sonra dualar edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button