ArxivXəbər lentiXəbərlər

Böyük Britaniyanın Aberdin şəhərində Xocalı faciəsi anılıb

FaktXəbər-in verdiyi məlumata görə, Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniyanın Aberdin şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və Aberdin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aberdin Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirib.

K.Əliyev Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirib, bu soyqırıma siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button