ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tale Bağırzadə – Şah Əsər (3-cü hissə)

“Cümlənin tamamlayıcısı nöqtə olduğu kimi bütün peyğəmbərlərin (ə) işlərini bir cümləyə bənzətsək, İmam Hüseyn (ə) məktəbi o cümlənin tamamlayıcı nöqtəsidir”

1-ci faktor

Bəşər övladının ictimai bir varlıq olmasına heç bir şəkk-şübhə yoxdur. İnsanı ictimai varlıq olmağa vadar edən amil onun maddi və mənəvi ehtiyaclarının qarşılıqlı münasibətlər əsasında qurulmasıdır. Beləliklə, qeyd etmək lazımdır ki, cəmiyyəti formalaşdıran fərdlər olduğu kimi, fərdlərin də maddi və mənəvi ehtiyaclarının təmin olunması yalnız sağlam bir cəmiyyətin qurulması ilə mümkün ola bilər. Əlbəttə ki, sağlam cəmiyyəti ərsəyə gətirmək üçün sağlam fərdlərin də olması labüddür. Və belə bir cəmiyyətin formalaşması, bu istiqamətdə atılmalı olan addımlar bəşər övladının boynunda olan ən əsas və mühüm vəzifələrdəndir. Deməli, tam qətiyyətlə deyə bilərik ki, sağlam cəmiyyət ərsəyə gətirmək üçün iki əsas faktor nəzərə alınmalıdır:
1. İnsanların fərdi və ictimai, mənəvi və maddi həyatını tənzimləyə bilən qanunvericilik sisteminin olması. Bu qanunvericilik sistemində məqsəd insan həyatının bütün sahələrini əhatə edə bilən qanun toplumunun yaradılmasıdır. Təbii ki, insan ictimai bir varlıq olduğuna görə cəmiyyətdə əmin-amanlığın, sabitliyin təmin olunması və insanların yaşayış tərzinin sosial iqtisadi rifahının tənzimlənməsi, eyni zamanda insanların bərabərlik zəruriyyətlərinin təmin olunması üçün müvafiq qanunvericilik sisteminin yaranması vacibdir.
Məhz insan beyninin məhsulu olan qanunların mənbəyini cəmiyyətdə qanunvericilik sistemini zəruri edən ictimai, sosial, iqtisadi maddi və mənəvi münasibətləri əhatə edən ehtiyaclarda görmək olar. Lakin, bununla yanaşı insan ağlının məhsulu olan qanunlar sadaladığımız bu ehtiyacları əhatə etməsinə baxmayaraq, zaman-zaman korroziyaya uğrayaraq dəyişkənliyə məruz qalır. Belə ki, inkişaf etmiş cəmiyyət dünyada baş verən yeniliklərlə əlaqədar öz inkişafına uyğun yeni qanunları qəbul etməklə köhnə qanunları tarixin səhifəsinə həkk edir. Bundan əlavə, insan həyatına geniş prizmadan baxsaq, onun təkcə maddi deyil, mənəvi bir aspektə də malik olduğunu aşkarlayarıq. Bu mənəvi tərəf isə cismani olan maddi dünya ilə məhdudlaşmayaraq axirət aləminə də (yəni ölümdən sonrakı həyata da) aid edilir. Deməli bu göstəricilər özündə onu ehtiva edir ki, insan ağlının məhsulu olan qanunlar naqisdir və dəyişkənliyə məruz qalmağa məhkumdur.
Əgər insan ağlının məhsulu olan qanunların təkcə maddi aləmi əhatə etməsi və onun ehtiyaclarının kamil formada ödənməməsi, bununla yanaşı bu qanunların insanın əbədi həyatı olan axirət evi ilə əlaqəsinin olmamasını nəzərə aldıqda bəşər övladının fərdi və ictimai, maddi və mənəvi həyatını kamil surətdə tənzimləyə bilən qanunvericilik sisteminin olmasına zərurət yaranır. Eyni zamanda insanlar tərəfindən qanunların təyin olunması cəmiyyətdə böyük boşluqların, neqativ halların, hərc-mərcliyin və sair fəsadların geniş miqyasda rəvac tapmasına səbəb olacaqdı. Bu fəsadların yaranma səbəblərini dəqiq müəyyən etmək üçün insan daxilində baş verən prosesləri düzgün formada araşdırmaq lazımdır. Belə ki, insanı digər varlıqlardan fərqləndirən cəhət onun ixtiyar sahibi olaraq öz daxilində nəfsi istəkləri ilə mübarizə apararaq müstəqil qərarlar verməsidir, yəni insanın əqli və nəfsi istəkləri arasındakı mübarizə onu mələklər və heyvanlar aləmindən fərqləndirən cəhətdir.
Elə bu səbəblərdən də ilk insan olan Həzrəti Adəmin (ə) yaradılışından sonra əmələ gələn insan cəmiyyətinin düzgün formalaşması üçün onu öz rəhməti ilə xəlq edən Allah ilahi həyatbəxş qanunlarını elçilərinin vasitəsilə insanlara çatdırdı. Sözün həqiqi mənasında insan cəmiyyəti yalnız ilahi qanunvericilik sistemi ilə düzgün formalaşa bilər. Çünki ilahi qanunlarla insan həyatının bütün sahələrinin idarə olunmasını zəruri hesab edən varlıq məhz insanı yaratmaqla onun mənəvi və maddi, fərdi və ictima, bir sözlə bütün sahələrdə olan ehtiyacını kamil surətdə bilməklə öz qanunlarını qoyan aləmlərin rəbbi olan Allahdır.
İnsanın ağıl və nəfsi istəklərinin arasındakı mübarizə onun yaradılışından bu günədək var və sona qədər də davam edəcək. Ən əsası isə insan ağlının vasitəsilə nəfsi istəklərinə qələbə çalaraq onu kontrol etsə, o zaman sözüün həqiqi mənasında yer üzündə Allahın canişininə çevriləcək, bəşəriyyətə, insanlığa böyük töhfələr verəcək. Əgər bunun əksi baş verərsə, yəni nəfsi istəklərin ağıl üzərində qələbə çalaraq onu öz əsarəti altına salarsa, onda bəşər övladı öz insanlığını itirəcək, hətta heyvanlardan da aşağı endiriləcək. Bütün bunlar isə cəmiyyətdə öz təsirini göstərməklə arzuolunmaz fəsadların yaranmasına səbəb olacaq. Bu məqamda Qurani-Kərimin Bəqərə surəsinin 30-cu ayəsinə diqqət yetirmək yerinə düşərdi: “(Yadına sal) o zaman ki, Rəbbin mələklərə dedi: Həqiqətən Mən yer üzündə bir canişin qoyacağam. Dedilər: Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik. Allah buyurdu: Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.” Allah-Təala “Mən sizin bilmədiyiniz bir şey bilirəm” deməklə insan ağlının nəfsi istəklər üzərində qələbə çalaraq həqiqi insanlıq məqamını fəth etməklə İlahi canişinlik məqamına yüksəlişindən xəbərsiz olduqlarını onlara başa saldı.
Beləliklə, Allah tərəfindən göndərilən kamil qanunlar insan varlığının təkamülü üçün yeganə sistemdir. Nəticə etibarı ilə tam əminliklə deyə bilərik ki, ilahi qanunvericilik sistemi kamil mənbədən nəşət tapdığı üçün orada cəhalətin heç bir vəchlə izini görmək olmaz. İnsanlar tərəfindən qoyulan qanunlar isə, bunun əksidir. Bir sözlə, cəhalətin hökmranlığı mövcud olan qanunların insanları kamilliyə çatdırması mümkün deyil.
Hacı Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
16 saylı CÇM.
2012-ci il

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button