Tailanddan olan xanım Məşhəd şəhərində İmam Rza (ə) hərəmində müsəlman olub.
Qafqaz.ir YJC-yə istinadən xəbər verir ki, tailandlı xanım Orapan Royamial İslam dininə gəlişi barədə danışıb.
O, buddist ailəsində doğulub böyüdüyünü deyib.
Tailandlı xanım iş yoldaşlarından birinin müsəlman olduğunu və onun əxlaqi və mənəvi keyfiyyətlərindən təsirləndiyini qeyd edib. Bundan sonra isə İslam dini barədə geniş araşdırmalara başladığını bildrib.
Həzrəti Məhəmməd Peyğəmbər (s) və Onun pak Əhli-Beyti (ə) barədə məlumatlanmasının nəticəsində müsəlman olmaq qərarına gəldiyini vurğulayıb.
O, özünə yeni ad da seçib – “Məryəm”.