AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor Sina: Qarabağda referendum keçirilməsi Madrid prinsiplərinə əsasən düzgün deyil

Mühəqqiq Ərdəbili Universitetinin beynəlxalq hüquq üzrə professoru: Qarabağda keçirilən referendum Madrid prinsiplərinə (2007-ci il) əsasən düzgün deyildir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Qafqaz Mədəniyyət Mərkəzinin evsahibliyi ilə keçirilən “Qarabağ münaqişəsindəki son hadisələrin araşdırılması” elmi konfransında çıxış edən doktor Sina Bərzigər Cəlali Qarabağ münaqişəsinin hüquqi aspektlərini açıqlayıb.

Doktor Sina deyib: “Ermənistanın taleyi təyin etmək haqqı barədə tutduğu hüquqi mövqe Madrid prinsiplərinə hakim şəraitlə uyğun deyil.

Yeni beynəlxalq hüquq izahlarına uyğun olaraq referendum əgər bir ölkənin hansısa hissəsinin ondan ayrılacağına səbəb olarsa, təkcə münaqişə bölgəsinin deyil, ölkənin bütün cəmiyyətindən onda iştirak etməsi lazımdır. Üstəlik, Qarabağda hazırda yaşayan əksəriyyəti ermənilərdən ibarət olan cəmiyyət o bölgənin həqiqi sakinləri deyildirlər və 1988-1994-cü illərdə baş vermiş müharibədə bu bölgədən 1 milyon azəri sakin köçkün düşmüşdür. Digər tərəfdən bugün beynəlxalq hüquq parçalanmaya səbəb olan referendumlara qarşı çıxır. Nümunə kimi göstərmək olar ki, İraq Kürdüstanında baş tutan referendumu sionist rejimindən başqa heç bir ölkə tanımadı.”

Professor əlavə edib: “Azərbaycan Respublikası öz ərazi bütövlüyünü qorumaq istəyir və bunun üçün Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edir, həmin qətnamələrdə də işğal edilmiş ərazilərin boşaldılmasına təkid olunur. Azərbaycan Respublikası inanır ki, TŞ-nın qətnamələri hələ də Ermənistan tərəfindən pozulur. Belə nəzərə gəlir ki, Azərbaycan hüquqi müdafiələrdə beynəlxalq hüquq baxımından üstünlüyə sahibdir.”

Beynəlxalq hüquq məsələləri üzrə ekspert vurğulayıb: “Müvəqqəti atəşkəs işi irəli aparmayacaq və bu iki ölkə İran İslam Respublikası kimi tərəfsiz ölkələrin vasitəçiliyi ilə dinc yolla və ədalətli sərhəd tənzimləməsi müqavilələrilə münaqişəyə son qoya bilərlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button