ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanın hərbi-gözətçi gəmiləri İranın Bəndər-Ənzəli limanına çatıb

“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək dənizçilərimiz İranın Bəndər-Ənzəli limanına çatıblar.

Qafqaz.ir  xəbər verir ki, iki hərbi-gözətçi gəmidən ibarət dəniz qüvvələri heyəti İranın Bəndər-Ənzəli limanına çatıb.

Məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank Biatlonu” (Rusiya), “Artilleriya Atəşinin Ustaları” (Qazaxıstan), “Dəniz Kuboku” (İran) və “Mədəniyyət Ordusu” (Rusiya) müsabiqələrində iştirak edəcək. Azərbaycan dənizçiləri 66 nəfərdən ibarətdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button