ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ziya Məmmədova etiraz edən vətəndaş aclıq aksiyasına başlayıb

“Sabiq nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə ailəmizin yeganə gəlir mənbəyi olan avtoyuma məntəqəsi qanunsuz olaraq dağıdılıb, yerində başqa obyekt tikilib. Ona etiraz olaraq aclıq aksiyasına başlayıram”.

Ucar şəhəri, Oğuz küçəsi ev 41 ünvanında yaşayan Tehran Əliyev Meydan TV-yə belə deyir.

O bildirib ki, ailəsinə məxsus 460 kvadratmetrlik torpaq sahəsi 2009-cu ildə sökülərək, yerində şahmat məktəbi inşa olunub: “2009-cu ildə icra hakimiyyətindən nümayəndələr gəldilər ki, Ziya Məmmədovun əmri var, bu ərazidəki bütün tikililər söküləcək. Mən də dedim ki, buranı söksəniz, balalarımı necə dolanacağam? Bildirdilər ki, narahat olma, müvafiq yerdən sizə torpaq sahəsi veriləcək. Mən də razılaşdım, düşündüm ki, başqa yerdən torpaq sahəsi verirlərsə, etiraz etməyim. Bu hadisədən sonra Rusiyada erməni tərəfindən şərlənərək həbs edildim. Daha sonra Azərbaycana ekstradasiya olundum, 2020-ci il dekabrın 28-də azadlığa çıxdım. Bu müddət ərzində əvvəlcə qardaşım, daha sonra da atam vəfat etmişdi, anam isə tək qalmışdı. Onlar bundan istfadə edərək, bizə veriləcək torpaq sahəsini mənimsəyiblər. Mən də on il altı ay ərzində Ucarda baş verənlərdən xəbərsiz olmuşam”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button