ArxivXəbər lentiXəbərlər

Aprel döyüşlərində Şəhid olan Mahir Quliyev…

qafqaz.ir-un  Vetenugrunda.az -a istinas xebere gore .bu gün oxucularına bu Şəhidimizi xatırladacaq.
Mahir Quliyev 1993-cü ilin 21 dekabrında Bakı şəhərində anadan olub  və Bakıdakı  308  saylı orta məktəbi bitirib. Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 2016-cı ilin 2 aprel tarixində Qarabağ müharibəsində Şəhid olub.  Şəhidmizə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn edilib.
Mahir Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin Elektrotelekomunikasiya və radio mühəndisliyi fakülitəsini bitirib. Həmin il ölkəmizdə I Avropa Oyunları keçirildiyinə görə, ali məktəbləri tez bağladıqları üçün nə diplomunu almışdı, nə də tələbə yoldaşları ilə çəkdirdiyi sonuncu albomunu. O albomda dostları Əbdülməcid Axundovun, Mahir Mirzəyevin, Elvin Mirzəyevin və bir də özünün şəklini görəcəkdi. Ancaq görmədi. Belə olmadı.
Düz 9 ay sonra, Azərbaycan Texniki Universitetinin 2015-ci il məzunları olan bu diplomlu oğlanların 4-ü də bir gündə, eyni döyüşdə şəhid olacaqdılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button