AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə türk dilli şairlərin konqresi keçiriləcək

Ərdəbil əyalətinin İslami İrşad İdarəsinin müdiri Ərdəbildə türk dilli şairlərin konqresinin keçiriləcəyini xəbər verib.

Qafqaz Mədəniyyət Mərkəzi – Seyid Nasir İshaqi jurnalistlərə verdiyi müsahibəsində türk dilli şairlərin öz son şerlərini tanıtmaq və rəqabət üçün bu konqersin gözəl bir imkan və fürsət olmasına toxunaraq artırıb: “Üstəlik, konqresdə türkcə yazılmış şerlərinin vəziyyətini dəyərləndirmək üçün də şərait yaranacaq”.

İshaqi şair, ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərini dəstəkləməyi əyalətin İslami İrşad İdarəsinin siyasətləri sırasında olduğunu bildirərək, təkid edib: “Şer dairəsində, xüsusilə də türk şeri sahəsində Ərdəbil əyalətinin istedadlı və tanınmış şəxsiyyətləri vardır”.

“Şerləri dəyərləndimək üçün zəminə yaradılmalıdır ki, şerin kəmiyyət və keyfiyyətinin yaranmasına və inkişafına kömək etsin”- deyə, İslami İrşad İdarəsinin müdiri vurğulayıb.

İshaqinin sözlərinə görə konqres 2 və 3 dekabrda (11-12 azər) baş tutacaq. Toplantı, birinci gün məğrib və işa namazlarından sonra Məhəmmədiyyə məscidində, ikinci gün isə səhər saat 9:30-da Fədək salonunda keçiriləcək.

O, həmçinin gələn il “Münazirati Rəzəvi” milli konfransının keçiriləcəyi barədə xəbər verərək, vurğulayıb: “Bu konfrans barədə məlumat Əyalət üzrə İslami İrşad İdarəsinin saytında yerləşdiriləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button