Arxiv

Ermənistan lavaş çörəyinin Yuneskoda öz milli irsi kimi qeydə alınmasını istəyir

Səngək, bərbəri kimi hər birinin özünəməxsus hazırlanma qaydası olan, xüsusi ətr və dad verən çörəklərin və digər saysız-hesabsız müxtəlif milli yeməklərin milli mənəvi irs kimi Yuneskoda qeydə alınmasına çalışsaq, bu sahədə bir neçə illik iş proqramımız hazır olacaq və tarixi binalar, abidələr, milli mərasimlər və digər dəyərləri tanıtdırmağa vaxt qalmayacaq.
Hər gün istifadə etdiyimiz, müxtəlif növləri ilə dükanlarda rastlaşdığımız lavaş çörəyinə başqa bir sahib tapılıb. Başqaları bu çörəyi öz milli irsləri kimi tanıtdırmaq istəyirlər. İmkanları olsa onların bu miraslarından gündəlik istifadə etdiyimiz üçün haqq tələb edərlər.
Nə üçün belə olur və nə etmək lazımdır?
Fars körfəzinin adı saxtalaşdırıldıqdan sonra bir neçə beynəlmiləl müəssisənin üzürxahlığına müvəffəq olduq. Lakin yenə də bu saxtalaşdırma google kimi muzdlu ünsürlərin həmkarlığı ilə böyük və kiçik ölkələr tərəfindən təkrarlandı. Hətta bəzi qonşu ölkələr İranın mənəvi, tarixi irslərinə əl uzatdılar. Bütün bunlar qarşısında ciddi bir iş görmədiyimiz halda lavaşın oğurlanması məsələsində məsul şəxslərin reaksiya göstərməsini gözləmək bir qədər böyük istəkdir.
Ermənistanın lavaş çörəyini öz milli irsi kimi Yuneskoda qeydə alınmasını tələb etməsi qonşu ölkələrin ölkəmizin tarixinə tamah salmalarından danışır. Digər bir tərəfdən bu iş o qədər xam, səviyyəsiz bir işdir ki, Yuneskoda qeydə alınmış maddi-mənəvi irslərin qeyri-ciddiliyini güman etməyimizə səbəb olur. Çünki əgər lavaş Ermənistana aid edilsə, artıq heç nə iranlıların irsi hesab olunmayacaq!
Baş verən həm gülməli, həm də ağlamalı hadisə buna səbəb olur ki, ya hər gün uzaq və yaxın ölkələrin nəyi öz adlarına qeyd etmək istəmələri ilə maraqlanaq və öz haqqımızı qoruyaq. Yaxud da gündəlik həyatımıza aid olan hər bir şeyi bir yerə toplayaq və Yuneskodan bunu bizim adımıza qeyd etməsini istəyək. Nəticədə kimsə milli irslərimizə sahib çıxmaq fikrinə düşməsin. Bu iş isə çox çətin, imkansız və yüksək xərclər tələb edən bir işdir.
Bu addım hər nə qədər məntiqsiz görünsə də, sakit oturub lavaşın başqa bir ölkənin adına qeyd olunmasına tamaşa etmək olmaz. Bəs nə etməliyik?
Bu hadisənin ən pis tərəfi nə etməli olduğumuzu bilməməyimizdir. Çünki indiyədək özümüzə belə bir sual verməmişik ki, iranlıların xüsusi ilə qeyri-maddi irsi, yaxud gündəlik həyatımızın bir hissəsi olan şeylər bizim üçün əhəmiyyətlidir, yoxsa yox? Əgər əhəmiyyətlidirsə, nə həddə əhəmiyyətlidir? Yuneskoda qeydə alınması üçün çalışmağımız qədər, yoxsa başqalarının öz adlarına qeyd etdirmələrinə imkan verməməyimiz qədər əhəmiyyətlidir? Yaxud keyfiyyətli hazırlanması və süfrələrdən əskik olmaması üçün çalışmağımız qədər əhəmiyyətlidir?
Şübhəsiz bu sualın cavabı ermənilərin lavaşı öz adlarına qeyd etdirmək istəmələrinə və gələcəkdə buna oxşar güman olunan addımlarına reaksiyamızın müqəddiməsidir. Bu suala cavab yüksək rütbəli məsul şəxslər tərəfindən verilməlidir.
Daha yaxşı olar ölkənin əsas üç güc struktrlarının həmkarlığı ilə yaranan bir təşkilat bu barədə ölkəmizin strategiyasını müəyyən etsin. Nəticədə bu barədə hansısa bir məsələdə beynəlmiləl, hüquqi və ya qanuni addımlara ehtiyac olsa, onu həyata keçirsin.
Uyğun təşkilatın bu barədə göstərdiyi səylərin, ən kiçik nəticəsi passiv mövqedən və haqımızı almaq üçün başqalarının ardınca qaçmaq üsulundan uzaqlaşmaq olacaq. Əks halda gündəlik həyatımıza aid olan dəyərlərin oğurlanmasını, başqalarının adına qeydə alınmasını gözləməliyik və bütün bu hadisələr qarşısında yalnız xalq və nəsə etməsini istədiyimiz, lakin bir iş görə bilməyən bir neçə təşkilat hiddətlənib, əzab çəkməli olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button