ArxivXəbər lentiXəbərlər

Hakimiyyətin bu prosesdə hədəfi Əli Kərimli və AXCP-dir

Milli Şura sədri Cəmil Həsənli AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəmə prosesilə ilə bağlı status paylaşıb. Son 2 həftədə məhkəmə prosesini izlədiyini vurğulayan C.Həsənli proseslə bağlı fikirlərini bölüşüb:

“Deməli, son 2 həftə ərzində Ağır Cinayətlər Məhkəməsində Saleh Rüstəmli, Vidadi Rüstəmli, Babək Həsənli, Aqil Əli Məhərrəm və Ruslan Nəsirliyə qarşı keçirilən məhkəmə proseslərində iştirak etmişəm. Prosesin hədəfi Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimlidir. Amma məhkəmənin ilk iclaslarında istintaqın saxta dəlilləri əsasında düzüb qoşduğu “cinayət işi” köhnə pambıq xaralı kimi sökülüb dağıldı. Təqsirləndirilən şəxslərin məhkəmə prosesində sərbəst ifadələri hüquq mühafizə orqanlarında hansı natəmiz əməllər törədildiyin, işgəncə labaratoriyaları yaradıldığın açıq-aydın ortaya qoydu. Amma bu başqa bir mövzudur. Bu yazıda mənzurumuz AXCP və Əli Kərimliyə qarşı “çirkli pulların” yuyulması böhtanının necə iflasa uğradığı, ifşa olunduğu, 412 min dollar məbləğində “xaricdən maliyələşmənin” hansı saxta üsullarla düzülüb qoşulduğu aydın oldu. Yəqin ki, xatırlayırsınız: Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmlinin həbsi ilə bağlı may ayının 25-də Baş Prokurorluğun açıqlamasında göstərilir ki, “Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib.” Deməli istintaq nə edib? Həmin açıqlamada “Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib” ifadəsində adları keçən valyuta qaçaqmalçıları məhkəmədə bülbül kimi ötürlər. Yəni bu qanunsuz valyuta əməliyyatı, qanunsuz Bank fəaliyyəti ilə məşğul olub vergidən yayınan şəxslər məhkəmə prosesində şahid qismində dindirilir, amma siyasi məhbuslar üçün göndərilmiş 1100 manat məbləğində vəsaiti Vidadi Rüstəmlidən alıb Əli Kərimliyə çatdıran Qarabağ qazısı, ikinci dərəcəli əlil Babək Həsənli təqsirləndirilən səxs qismində mühakimə edilir. AXCP və onun sədri Əli Kərimliyə qarşı istintaq bu 412 min dollar “çirkli pul” məbləğini “toplamaq üçün” sadəcə qanunsuz bank fəaliyyəti ilə, valyuta qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə ilə sövdələşməyə girib, onları məsuliyyətdən azad etmək hesabına onlardan 412 min dollarlıq qəbz alıb. Əlbəttə, ən yüksək səviyyədə himayəsi olmasa bu ölkədə heç kəs maliyyə qaçaqmalçılığı ilə məşğul ola bilməz. Məhkəmə araşdırması zamanı aydın oldu ki, bu adamlar yalnız Vidadi Rüstəmliyə deyil çoxlu sayda digərlərinə da Rusiyadan göndərilən pullar verib. Amma nədənsə vəkilin sualına cavab olaraq qaçaqmalçı bankirlər deyirlər ki, yalnız Vidadi Rüstəmliyə verdiyi pulların qəbzini saxlayıblar. Hətta, real olaraq Vidadi Rüstəmlinin şəxsi ehtiyacları üçün göndərilmiş məbləği şişirdib 412 minə çatdırmaq üçün keçmiş tarixə əlavə qəbzlər yazdırıblar onlara. Hakim bu “bankirləri” nə qədər xilas etmək istəsə də, vəkillərin suallarına “bilmirəm”, “yadımda deyil”, “xatırlamıram” mücərrəd cavablarına yönəltsə də, xoruzun nəinki quyruğu göründü, hətta özü məhkəmə zalına girib qulaqbatıran səslə banlamağa başladı. Vidadi Rüstəmli öz ifadəsində və çarpaz üzləşmədə çox həqiqətləri qoydu ortaya. Nədir bu həqiqtlər? Vidadi deyir ki, Rusiyadakı qohumlarım ev almaq üçün mənə 175 min dollar pul göndəriblər. Mən həmin pulu qanunsuz pul transferi ilə məşğul olan Tural Mehdixanodan almışam və elə həmin həftə həmin məbləğə Bakı şəhərində özümə 220 kv.m. sahəsi olan mənzil almışam. Mənzilin ünvanı məlum, mərtəbəsi məlum, nömrəsi məlum, sənədləri ortada, ödənilmiş pulun qəbzi ortada. Bunun Xalq Cəbhəsinə, Əli Kərimliyə nə aidiyyəti var? Daha sonra Vidadi Rüstəmli evi təmir etmək üçün Rusiyadakı qohumlarından eyni qaydada daha 30 min və mebel almaq üçün 50 min dollar pul alıb. İstintaq adamın şəxsi ehtiyacları üçün Rusiyadakı qohumlarından aldığı bu 255 min dolları rahatca götürüb sənədləşdirib AXCP və Əli Kərimlinin “xaricdən maliyyələdirilməsi” kimi. Lakin nəzərdə tutulan 412 min dollar məbləği alınmadığı üçün işgəncə altında Vidadi Rüstəmliyə müxtəlif tarixlərə 5 min və ya buna yaxın məbləğdə bu “bankirlərdən” pul alması barədə qəbzlər yazdırıblar və bunu məhkəmədəki sərbəst ifadəsində və vəkillərin suallarına cavabda və qanunsuz bank fəaliyyəti ilə məşğul olanlarla çarpaz üzləşmədə təsdiq etdi. Bax belə işgəncə yolu ilə alınan ifadələr, bədəninə elektrik cərayanı buraxmaqla yazılan qəbzlər hesabına istintaq orqanları AXCP və Əli Kərimliyə qarşı təpədən dırnağa qədər saxtakarlıq üzərində qurulan bir böhtan, bir qurama ittiham hazırlayıblar ki, bu da məhkəmənin ilk iclaslarında iflasa uğradı, dağıldı, ifşa olundu. Aydın oldu ki, istintaqçılar faktları saxtalaşdırmaq, işgəncə hesabına adamlara etmədiyi əməlləri etiraf etdirməklə ciddi qanun pozuntusuna yol veriblər. İstintaqın saxtakarlığı bu qədər açıq şəkildə ortada olduğu halda prosesi aparan hakimlər susur, dövlət ittihamçısı özünü eşitməməzliyə vurur. Məhkəmə araşdırması zamanı o da aydın oldu ki, Rusiyada yaşayan bəzi həmvətənlərimiz doğrudan da siyasi məhbuslara yardım üçün pul toplayıblar. Amma nə qədər? Ayda 1000 rubl, yəni 20-22 manat həcmində. Bunu onlar məhkəmədəki şahid ifadələrində də təsdiq etdilər. Ümumilikdə bu istiqamətdə toplanan pulların həcmi 2 min dollar ətrafında olub və bunun üzərinə Saleh Rüstəmli öz qanuni biznesindən də bir o qədər əlavə edərək 3-4 il ərzində ümumi həcmi 5 min dolları keçməməklə siyasi məhbus ailələrinə göndərib. Deməli, iki ildir bütün dünya Azərbaycan hakimiyyətinin 3 milyard dollar həcmində olan oğurluğundan, “Azərbaycan laundramatı”ndan danışır, ölkənin saytal hüquq mühafizə orqanları 3 il ərzində siyasi məhbus ailələrinə göndərilmiş 5-6 min dolları saxta qəbzlər hesabın 412 min dollara çatdırıb “çirkli pullar” aşkarlayır. Bu rəhmətlik Kərbəlayi Zalın “bomba” əməliyyatı kimi bir şeydir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button