ArxivXəbər lentiXəbərlər

Şamxal Eyvazova məktub: “Onlar məni əsil eşq mənbəyinə- Allaha bağladılar!”

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktub narkotik ittihamı ilə şərlənərək həbs edilən jurnalist, eyni zamanda tələbə Şamxal Eyvazovun xanımından gəlib.

“Salam olsun zindanların Yusifinə

Şübhəsiz ki Allah möminlərdən canlarını satın almışdır…

ان الله اشتری من المومنین انفسهم…

Allah canımı (səni) məndən satın aldı və nə gözəl sövdədir Allahla mənim aramda!

Şamxalım, sən gedəli sözlərim yığışıb! Sən mənim gözlərimə baxan an halımın necə olduğunu bilən yeganə insansan, indi səndən uzaqam… …Sirdaşım, mərhəmim uzağda qalıb, amma sənin gecələr səhərədək xəlvət etdiyin məşuq mənimlədir! Sənin həzin səsin hələdə qulağımdadır necədə aşiqanə danışırdın rəbbinlə! o gecələr sən nə dedin məşuquna sənə aşiq oldu!? Səni yalnız özü üçün seçdi və özü ilə xəlvətə çəkdi!?

Allahın səni mənə hədiyə etdiyi o gündən indi on il keçir və qəfil əllərimizi bir-birindən ayırmağa çalışdılar!

Ayrılıq cismi sevənlər üçün məna tapır mən sənin gözəl ruhuna düyünlənmişəm! Məni sənə bağlayan ayırmadıqca biz ayrılmayacağıq! İndi bu həyat yoldaşın, həyatının ən sıxıntılı anlarında sənə pənah gətirib təsəlli tapan uşaq, böyüyüb və sənin bu 10 ildə verdiyin dərslərdən imtahan verməyə hazırlaşır. Sən mənə məbudunun gözəl ayəlrindən misal gətirib onlarla məni məbuduna bağlayırdın! İndi də hiss edirəm mənim üçün Quran oxuyursan və o gözəl ayələri aşiqanə baxışınla təfsir edib birdaha oxuyursan!

Azan vaxtı keçmişdəki kimi yenədə sənin nəvazişinlə oyanıram!

Düzünü desəm darıxıram baxışlarına, səmimi gülüşünə Quran oxumağına…

…Ən çoxda qəlbim zəmanənin dərdiylə dolu olanda bir sözünlə bütün dərdlərdən arındığım cümlələlərə! Amma indi məşuqunla baş başa qalmışam! Səni ona anlatıram! O da səndən mənə danışır və məni bu yolun gözəllikləri ilə müjdələyir!

فَاستَبشِروا بِبَيعِكُمُ الَّذي بايَعتُم بِهِ

Etdiyiniz sövdəyə görə sevinin!

Hacərinə yaxşı baxmağa söz vermişəm bu əhdimə sadiq qalacam! Ona hər gün səndən danışıb sənin kimi atası olduğuna fəxr etməsini deyəcəm! Başını dik tut qızım, sən Allahın seçilmiş bəndəsinin göz nurusan!

Səni ocağımızdan ayrı salanlar istəmədən məni əsil eşq mənbəyinə, yəni Allaha bağladılar! Həyatıma məqsəd qatdılar! Məqsədim zülm ilə mücadilə və məzlumların səsi olmaq olacaq!!!

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَ اللَّهُ مُتِمُّ نُورِهِ

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə öz nurunu tamamlayacaqdır.”

2018-20 -05

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button