ArxivXəbər lentiXəbərlər

İran prezidentinin müavini Bakıda Azərbaycanın birinci vitse-prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə Ebtekar Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Bakıda görüşərək danışıqlar aparıb.

Qafqaz.ir- Çərşənbə günü İran prezidenti Həsən Ruhani ilə birlikdə Bakıya səfər edən Məsumə Ebtekar Mehriban Əliyeva ilə görüşdə İran və Azərbaycanın bütün sahələrdə münasibətlərinin inkişafına toxunub və deyib: İkitərəfli münasibətlərin inkişafı hər iki ölkə xalqlarının rifahının yüksəlməsinə xidmət edir.

İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini tranzit və nəqliyyat sahələrində birgə layihələri icrası və iqtisadi əməkdaşlıqları Tehran və Bakının gələcəyi üçün faydalı adlandırıb.

Ebtekar ümidvarlıq edib ki, İran və Azərbaycanın münasibətləri ailiə və qadınların məsələləri sahəsində də inkişaf edəcək.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da bu görüşdə İran və Azərbaycanın münasibətlərini tarixi adlandırıb və deyib: İran və Azərbaycan prezidentlərinin görüşü iki ölkə münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın birinci vitse-prezidenti həmçinin Tehran və Bakının nəqliyyat sektorundakı münasibətlərinə toxunaraq deyib: Rəşt-Astara dəmiryolu layihəsinin icrası hər iki tərəf üçün faydalı olacaq.

İran İslam Respublikası prezidenti çərşənbə günü günortadan sonra rəsmi səfər çərçivəsində Bakıya daxil olub. İki ölkə çərşənbə günü 8 əməkdaşlıq sənədi və memorandumu imzalayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button