ArxivXəbər lentiXəbərlər

İran və Rusiya terrorçulara qarşı əzici hücumların davamına təkid ediblər

İran İslam Respublikası və Rusiya müdafiə nazirləri Suriya ilə bağlı son olayları müzakirə edərək, terrorçulara ölümcül zərbələrin endirilməsi üzrə səylər və əməkdaşlıqların davam etdirilməsinə təkid ediblər.

İRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-polkovnik Hüseyn Dehqan çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə saxladığı telefon əlaqəsində ABŞ-ın Suriyanın Homs vilayətində yerləşən Şəirat hava bazasına raket zərbələri endirməsinə işarə edərək, deyib: ABŞ-ın bu təcavüzü Suriyada uğursuzluğa düçar olmuş terrorçulara dəstək xarakteri daşıyır.

General Dehqan həmçinin, ABŞ-ın siyasi arenasında Trampın itirilmiş imicini bərpa etmək və ümumi fikri daxili problemlərdən yayındırmaq kimi məsələləri ABŞ-sın Suriyaya raket hücumunun digər səbəbləri adlandırıb.

İranın müdafiə naziri ABŞ-ın terrorçuların məğlubiyyətə uğramasının əvəzini çıxmaq üçün regionda təhlükəli və şübhəli bir oyun oynadığına diqqət çəkərək, Vaşinqtonun ümumi fikri Suriyada qanuni hökumət əleyhinə yönləndirməyə və bu ölkəyə qarşı hərbi təcavüzünə haqq qazandırmağa səy göstərdiyini bildirib və deyib: ABŞ-da hakimiyyətə gəlmiş yeni komanda bu addımı ilə sübut etdi ki, terrorçular ilə mübarizə aparmaq fikriində deyil. Əksinə, terrorçuları təşkilatlandırmaq və onlara dayaq olanlara dəstək vermək istiqamətində addım atır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bu telefon danışığında iranlı həmkarının fikirlərini təsdiq edərək, Suriya ordusu və xalq qüvvələrinin terrorizm ilə mübarizədə sürətlə möhkəmləndirilməsinə təkid edib.

Şoyqu deyib: Rusiya siyasi və hərbi potensiallarından istifadə edərək, terrorçulara dağa güclü və ağır zərbələrin endirilməsində, terrorçular və onları himayə edənlərin gününü qara etməkdə qətiyyətlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button