ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Daha bir Qarabağ qazisinin intihara cəhd etdiyi bildirilir

İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili Amin Babayevin intihara cəhd etdiyi bildirilir.

Tovuzun Azaflı kənd sakini olan Amin Babayev iyulun 22-də dərman ataraq intihara cəhd edib. Lakin həkimlər onun mədəsini yuyaraq, xilas edə biliblər.

Yaxınlarının mediaya verdiyi məlumata görə, iyulun 23-də o, qollarını doğrayaraq yenidən intihara cəhd edib.

Onların sözlərinə görə, keçmiş döyüşçünün psixoloji vəziyyəti yaxşı deyil, özünü öldürmək istədiyini deyir.

Yaxınlarının sözlərinə görə, Amin Babayevin intihar etməsinə səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona əlillik dərəcəsi verməməsidir. Belə ki, dizində dəmir protez olan qazi buna rəğmən əlillik dərəcəsi ala bilmir.

Bu, son 2 gündə baş verən ikinci qazi intiharıdır.

 

İkinci Qarabağ müharibəsinin iştirakçısı Nizaməddin İbadovun da iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button