ArxivXəbər lentiXəbərlər

Ermənistana məxsus iki pilotsuz uçuş aparatı məhv edilib

Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri Ermənistan Silahlı Qüvvələrinə məxsus iki “Krunk-25” taktiki pilotsuz uçuş aparatını məhv edib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, pilotsuz aparatlar cəbhənin Ağdam rayonu istiqamətində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən vurulub.

Qeyd edək ki, “Krunk-25” pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. Pilotsuz uçan aparat yerdən operator tərəfindən idarə edilir.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl də Ermənistana aid 4 pilotsuz uçan aparatın vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edildiyindən xəbər vermişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button