ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Xarici zəvvarların Kərbəlaya doğru Ərbəin yürüşü başlayıb

Ərbəin ziyarətinin yürüşləri əsasən səfər ayının 15-dən 20-ə qədər Nəcəfdən Kərbəlaya doğru həyata keçirilir.
Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 15-dir. Ərbəin günü kimi tanınan İmam Hüseynin (ə) qırx mərasimlərinə beş gün qalıb.
Ərbəin gününə beş gün qalmış Nəcəfdən-Kərbəlaya doğru yürüşlər başlayır. Xüsusilə də xarici zəvvarlar səfəri bu günlərdən başladaraq Ərbəinə qədər olan zamanı Nəcəf-Kərbəla yolunda keçirirlər. Onlar təqribən 80 km-lik bu yolu piyada qət edirlər. Məqsəd İmam Hüseynə eşqini göstərmək və çətin anlarda məhz onun yolunun yolçusu olmağı elan etməkdir. Zəvvarlar bu yolu qət etməklə İmam Hüseynə və onun haqq çağırışlarına hər zaman hazır olduqlarını, Kufə əhlinin imamı tək qoyduğu kimi imam əshabına yaraşmayan əməllərdən və xəyanətlərdən uzaq olduqlarını bildirirlər.
İraqda Ərbəin yürüşü bəzən səfərin əvvəlindən başlayır. Bu yürüş İraqın ən cənub bölgəsi olan Bəsrə əyalətinin Rəsul-Bişə bölgəsindən Kərbəlaya doğru başlayır. Bu yürüş haqqın səsinə daha tez ləbbeyk demək istəyən və onun ziyarətinə şövq edənlərin arzu etdiyi əməldir. Adətən bu Ərbəin yürüşünü yerli iraqlılar həyata keçirirlər. Bu günün son məlumatına görə, Ərbəin ziyarətinə qatılmaq üçün İraqa üç milyon xarici zəvvar gəlib.
Bunu Kərbəla əyalətinin valisi Nəsif əl-Xitabi deyib. O əlavə edib ki, bu ilin Ərbəin yürüşünə iyirmi milyona yaxın zəvvarın qatılacağı təxmin edilir.
Bu arada Kərbəla əyaləti rəsmilərinin son məlumatına görə, yol boyu bu zəvvarlara səhiyyə, qidalanma və sair sahələr üzrə xidmət göstərmək üçün xüsusi səyyar və daimi obyektlər nəzərdə tutulub ki, onlardan 14 mini yerli və 500-ü xarici ölkələrə aiddir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button