ArxivXəbər lentiXəbərlər

Cavad Zərif Ərdoğana məsuliyyətli olmağı məsləhət bildi

FaktXəbər-in məlumatına görə, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verdiyini bəyan etməklə, “İran və terrorçu qruplar Yəməndən çəkilməlidir’, – deyə bildirmişdi. Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini söyləmişdi.

Türkiyə prezidentinin bu açıqlamasına İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə cavab verib: “Strateji səhvlər və ehtiraslı siyasətlə bölgədə xoşagəlməz ziyanlara səbəb olanlar məsuliyyətli şəkildə imkanlarını sülh və əmin-amanlığın təmin edilməsində mövcud potensiallardan istifadə etməlidir. İran Türkiyə ilə müxtəlif sahələrdə öz strateji münasibətlərinə əhəmiyyət verir və çox hörmətlə yanaşır. Hazırkı şəraitdə bütün ölkələr regionda sabitliyin bərqərar olması və hərc-mərcliyin genişlənməsinin qarşısının alınması istiqamətində çalışmalıdırlar. İran İslam Respublikası regionda bütün qardaşlarının iştirakı ilə birlik, stabillik və təhlükəsizliyin Yəmənə qayıtması istiqamətində müxtəlif yəmənli qruplar arasında dialoqun baş tutmasına hazırdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button